Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Şahmat Olimpiadası barədə suallara "Şah Oğlan" cavab verəcək

"Şah Oğlan" şahmat həvəskarlarının yolunu gözləyir
Şah Oğlan şahmat həvəskarlarının yolunu gözləyir - Sputnik Azərbaycan
Abunə olmaq
Şahmat həvəskarlarının "Şah Oğlan"la saat 15-dən 18-ə qədər alış-veriş mərkəzlərində, 19-dan 21-ə qədər isə Dənizkənarı Milli Parkda və Fəvvarələr Meydanında görüşmək imkanı var.

BAKI, 11 avq — Sputnik. Bakı Şahmat Olimpiadasının maskotu "Şah Oğlan" hər gün (bazar ertəsindən başqa) 28 MALL, Park Bulvar və Metro Park ticarət mərkəzində şahmat həvəskarlarının, ümumiyyətlə hər kəsin yolunu gözləyir. Bu barədə Sputnik Bakı Şahmat Olimpiadasının mətbuat xidmətinə istinadən məlumat verir.

Bu məkanlarda həmçinin Bakı Şahmat Olimpiadasının məlumat mərkəzləri fəaliyyət göstərir. Mötəbər yarışla bağlı istənilən suala həmin mərkəzdə cavab tapa bilərsiniz. "Şah Oğlan"la saat 15-dən 18-ə qədər alış-veriş mərkəzlərində, 19-dan 21-ə qədər isə Dənizkənarı Milli Parkda və Fəvvarələr Meydanında görüşmək imkanınız var. 

Qeyd edək ki, Bakı Şahmat Olimpiadasının təntənəli açılış mərasimi sentyabrın 1-də olacaq. Açılış Milli Gimnastika Arenasında keçiriləcək. 

Xəbər lenti
0