Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Göygöldə partlayış olub, qadın yanıb

© Sputnik / Murad OrujovTəcili Tibbi Yardım avtomobili. Arxiv şəkli
Təcili Tibbi Yardım avtomobili. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ağır yaralanan qadın sifətin, kürəyin, hər iki yuxarı ətrafın yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

İlham Mustafa, Sputnik Azərbaycan

Göygöl rayonunda partlayış baş verib.

Məlumata görə, rayonun Qırıqlı kənd sakini, 1988-ci il təvəllüdlü Elnurə Ələddin qızı Kərimova hamamda çimərkən su qızdırıcı (“kolonka”) partlayıb.

Nəticədə 28 yaşlı qadın ağır xəsarət alaraq Göygöl Mərkəzi Rayon Xəstəxanasına, oradan isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə aparılıb.

Sifətin, kürəyin, hər iki yuxarı ətrafın yanığı diaqnozu qoyulan Kərimovanın vəziyyəti orta-ağır olaraq qalır.

Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

Xəbər lenti
0