Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Bayraqdarımız olimpiya oyunları ilə bağlı gözləntilərini açıqladı

© AFP 2023 / TOBIAS SCHWARZBakı-2015 Avropa Oyunlarının peşəkar boks turniri finalının qalibi Teymur Məmmədov
Bakı-2015 Avropa Oyunlarının peşəkar boks turniri finalının qalibi Teymur Məmmədov - Sputnik Azərbaycan
Abunə olmaq
Teymur Məmmədov: "Yarışlarda cüdoçularımız Orxan Səfərov və Nicat Sıxalizadədən, eyni zamanda 2012 London olimpiya oyunlarının qızıl medal mükafatçısı Toğrul Əsgərovdan uğurlu nəticələr gözləyirəm"

BAKI, 21 iyul — Sputnik. Möhtəşəm yarışa 15 gün qalıb. Dünyanın izləyəcəyi Rio-de Janeyro 2016 yay olimpiya oyunlarında bizi boks idman növündə 81 kq çəki dərəcəsində təmsil edəcək, eyni zamanda Azərbaycan komandasının bayraqdarı olacaq boksçu Teymur Məmmədov Sputnik-ə açıqlamasında, olimpiya oyunlarında medal gözlədiyi idmançılardan danışıb.

O, yarışlarda cüdoçular Orxan Səfərov və Nicat Sıxalizadədən, eyni zamanda 2012 London olimpiya oyunlarının qızıl medal mükafatçısı Toğrul Əsgərovdan uğurlu nəticələr gözlədiyini dilə gətirib.

Qeyd edək ki, Rio-de Janeyro olimpiadası 5-21 avqust tarixlərində keçiriləcək. Azərbaycanı 56 idmançı 14 müxtəlif idman növləri üzrə təmsil edəcək.

Xəbər lenti
0