Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Yeniyetmə pəhləvanlar öz güclərini sınayırlar

© Photo : AZERBAIJAN WRESTLING FEDERATIONSərbəst güləş üzrə gənclər arasında respublika çempionatı
Sərbəst güləş üzrə gənclər arasında respublika çempionatı - Sputnik Azərbaycan
Abunə olmaq
Sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyi start götürüb. Yarış Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən təşkil olunur.

BAKI, 25 may — Sputnik. Bakı İdman Sarayında yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyi start götürüb. 1999-2000-ci il təvəllüdlü idmançılar arasında keçirilən yarış Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən təşkil olunur.

Kikboksinq üzrə Azərbaycan Çempionatı - Sputnik Azərbaycan
İDMAN
Kikboksinq yarışının qalibləri mükafatlandırıldı

Yarışda AGF-nin nümayəndəlikləri üzrə keçirilən seçim turnirlərində qalib gəlmiş güləşçilər ayrılmış saya uyğun olaraq iştirak edirlər. İlk yarış günündə yunan-Roma güləşi üzrə 42, 46, 50, 54, 58 və 63 kq çəkidə 142 yeniyetmə pəhləvan yarışır.

Hər çəki dərəcəsində mükafata layiq yerlər tutmuş idmançılar medal və diplomla yanaşı, AGF tərəfindən pul mükafatı ilə də təltif olunacaq və yığma komandanın heyətinə cəlb olunacaq.

Xatırladaq ki, yarışların təntənəli açılış marasimi bu gün saat 17:00-da baş tutacaq.

Xəbər lenti
0