Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Avropadan bir dəst medal gətirdik

© Photo : ATF mətbuat xidmətiTaekvando üzrə Azərbaycan milli yığması
Taekvando üzrə Azərbaycan milli yığması - Sputnik Azərbaycan
Abunə olmaq
Taekvando üzrə milli komandamız beynəlxalq yarışda uğurlu nəticə əldə edib

BAKI, 24 may — Sputnik. Taekvando üzrə milli yığmamız Avropa çempionatında uğurla çıxış edib. Taekvando Federasiyasının mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, Azərbaycan yığması komanda hesabında Serbiya ilə 6-cı yeri bölüşüb.

Bakıda Real Aykido özünümüdafiə sənəti üzrə 4-cü Beynəlxalq Seminar keçirilib - Sputnik Azərbaycan
İDMAN
Dünyanın ən məşhur aykidoçuları Bakıda

Millimiz yarışı bir dəst medalla başa vurub. İdmançımız Milad Beigi Harçeqani (80 kq) qızıl, Patimat Abakarova (53 kq) gümüş, Payam Qubadi Uqaz (87 kq) bürünc medal qazanıb.

Qeyd edək ki, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziyanı təmin etmiş Radik İsayev və Fəridə Əzizova Avropa birinciliyində medal qazana bilməyiblər.

Azərbaycan millisinin baş məşqçisi Rza Mehmandost jurnalistlərə açıqlamasında bildirib ki, Avropa çempionatı çətin yarış olub: "Ümumilikdə, göstərdiyimiz nəticə yaxşı oldu. Məğlub olan gənc idmançılarımızın gələcək nəticələrinə daha çox ümid edirik. Bu, onlar üçün bir sınaq idi. Olimpiadada gənc taekvondoçuları bir daha sınayacağıq".

Xəbər lenti
0