Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Dünyanın ən məşhur aykidoçuları Bakıda

© SputnikBakıda Real Aykido özünümüdafiə sənəti üzrə 4-cü Beynəlxalq Seminar keçirilib
Bakıda Real Aykido özünümüdafiə sənəti üzrə 4-cü Beynəlxalq Seminar keçirilib - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan paytaxtında Real Aykido özünümüdafiə sənəti üzrə 4-cü Beynəlxalq Seminar keçirilib. Seminarda Ümumdünya Real Aykido Federasiyasının prezidenti, 6-cı Dan qara kəmər ustası Sanya Vracarevic də iştirak edib.

BAKI, 23 may — Sputnik. Azərbaycan Real Aykido Federasiyasının təşəbbüsü və Ümumdünya Real Aykido Federasiyasının iştirakı ilə, Bakıda Real Aykido özünümüdafiə sənəti üzrə 4-cü Beynəlxalq Seminar keçirilib. Sputnik-in verdiyi məlumata görə, seminarda Ümumdünya Real Aykido Federasiyasının prezidenti, 6-cı Dan qara kəmər ustası Sanya Vracarevic və dünyanın ən tanınmış ustalarından olan 6-cı Dan qara kəmər ustası, Real Aykido üzrə professor İqor Petrovic iştirak edirdilər.

Fariz Abdullayev, Azərbaycan real aykido federasiyasının prezidenti - Sputnik Azərbaycan
İDMAN
Azərbaycanın real aykidosu dünyaya inteqrasiya edir

Seminardan sonra 120-dən çox idmançı müxtəlif idman dərəcələrinə, eləcə də 3 idmançı (biri xanım olmaqla) 1-ci dan qara kəmər ustası adını aldılar. Tədbirin sonunda çıxış edən Sanya Vracarevic hər kəsə təşəkkürünü bildirib.

"Mən seminarda və imtahanda iştirak edən hər kəsə təşəkkürümü bildirirəm. Eyni zamanda valideynlərə təşəkkürümü bildirirəm ki, uşaqlarına bu idman növü seçimində dəstək olurlar", — Federasiya prezidenti bildirib.

O, hər il 24 ölkədə seminar və imtahanlarda çıxış etdiklərini deyib: "Bu ilə kimi ən uğurlu və ən yaxşı imtahan məhz Bakıda 2016-cı ildə keçirilən imtahan oldu. Bu münasibətlə federasiyanın prezidenti Fariz Abdullayevi və bütün məşqçiləri, eyni zamanda idmançıları təbrik edirəm".

Sonda Azərbaycan Real Aykido Federasiyasının prezidenti, 4-cü Dan qara kəmər ustası Fariz Abdullayev növbəti dəfə Real Aykidonu Azərbaycanda inkişaf etdirdiyi və əldə etdiyi nailiyyətləri üçün təşəkkürnaməyə layiq görüldü.

Xəbər lenti
0