Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Bürünc ilin qızıl oğlanları: Stalin bu məğlubiyyəti ona bağışlamadı

© Photo : müəllifin şəxsi arxivindənÖn sırada: Valeri Hacıyev, Eduard Markarov, Anatoli Banişevski və Mübariz Zeynalov. Ayaq üstə duranlar: baş məşqçi Əhməd Ələsgərov, məşqçi Valentin Xlıstov, Vyaçeslav Şexov, Kazbek Tuayev, Anatoli Qryazev, Nikolay Boqdanov, Yaşar Babayev, Aleksandr Trofimov, Vladimir Bruxti, Sergey Kramarenko və komandanın rəhbəri Şövkət Orduxanov
Ön sırada: Valeri Hacıyev, Eduard Markarov, Anatoli Banişevski və Mübariz Zeynalov. Ayaq üstə duranlar: baş məşqçi Əhməd Ələsgərov, məşqçi Valentin Xlıstov, Vyaçeslav Şexov, Kazbek Tuayev, Anatoli Qryazev, Nikolay Boqdanov, Yaşar Babayev, Aleksandr Trofimov, Vladimir Bruxti, Sergey Kramarenko və komandanın rəhbəri Şövkət Orduxanov - Sputnik Azərbaycan
Abunə olmaq
Sovet futbolunu onun tarixinə düşüncəli strateq kimi daxil olmuş əfsanəvi məşqçi Boris Arkadyevsiz təsəvvür etmək çətindir. Onun sayəsində Bakının "Neftyanik"i barədə gənc və perspektivli komanda kimi danışmağa başladılar.

BAKI, 21 apr — Sputnik. Ötən yüzilliyin 60-cı illəri. Dünya iki düşərgəyə bölünüb. "Soyuq müharibə" getdikcə qızışır. Karib böhranı təzəcə ötüşüb. Con Kennedi öldürülüb. SSRİ-də "saraydaxili çevriliş" nəticəsində rəhbərlik dəyişib.

Nikita Xruşşov devrilib, Leonid Brejnev güc yığır. Beynəlxalq vəziyyət həddindən artıq gərgindir. Bununla yanaşı, məhz 60-cı illərdə bütün dünyada mədəniyyətin və incəsənətin görünməmiş dərəcədə çiçəklənməsi baş verir. Eyni zamanda idman nailiyyətlərinin kəskin yüksəlişi baş verir. Futbol planetdə daha çox ölkəni əhatə edir. SSRİ-də futboldan həzz alırlar, Azərbaycan da istisna deyil.

Bakı "Neftyanik"inin ev matçlarını keçirdiyi mərkəzi stadionda iynə atsan, yerə düşməz. 60-cı illərin ortalarında, məhz 1966-cı ildə Azərbaycan futbolu kəskin yüksəliş dövrünü yaşayırdı. Boris Arkadyeviçin, sonralar onu əvəz edən və "Neftyanik"in gələcək zəfərləri üçün çox şey edən, dünya və sovet futbolunun əfsanəsi Ələkbər Əmiroviç Məmmədovun səyi nəticəsində Bakı futbol klubu sovet futbol avtoritetlərini darmadağın edir.

1965-ci ildə Məmmədov ədalətsiz olaraq baş məşqçi postundan kənarlaşdırıldı. 1966-cı ildə baş məşqçi postunu hələ çox gənc olan Əhməd Lətif oğlu Ələsgərov tutur. O, sələfləri tərəfindən yaradılmış bazadan məharətlə istifadə edərək "Neftyanik"i inamla SSRİ çempionatında medala qədər gətirib çıxarır.

Anatoli Banişevski, Kazbek Tuayev, Valeri Hacıyev, Eduard Markarov, Yaşar Babayev — Bakı "Neftyanik"inin bu oyunçuları sovet futbol ulduzları ilə bir sırada dururdu. Biz rubrikamız çərçivəsində 60-cı illərin əfsanəvi Bakı futbol klubuna silsilə yazılar həsr edirik. Biz bunu SSRİ çempionatının bürünc medallarının sahibi "Neftyanik"in uğurunun 50 illik yubileyi ərəfəsində edəcəyik.

Mən çalışacam sizə bizim portalın formatına uyğun olaraq bu uğurlarla bilavasitə əlaqəsi olan bütün şəxsiyyətlər haqqında danışım. Beləliklə, bizim "bürünc" ilin qızıl oğlanları barədə hekayələrimiz…

Boris Arkadyev

Bu əfsanəvi məşqçi olmadan sovet futbolunu təqdim etmək çətindir. Onun taleyi qəribədir. O, 1899-cu ildə Sankt-Peterburqda anadan olub. Kiçik yaşlarından bədən tərbiyəsinin əsasları ilə tanış olub: gimnastika, yüngül atletika, üzgüçülük, avarçəkmə ilə məşğul olub. 12 yaşında isə qardaşı Vitali ilə birlikdə özəl qılıncoynatma sənəti kursuna daxil olur. O, 2 il ərzində bu kursu fasiləsiz davam etdirir və böyük səylə bu idman növünü öyrənir.

© Photo : müəllifin şəxsi arxivindənBakı "Neftyanik"inin məşqçisi Boris Arkadyev (soldan üçüncü)
Bakı Neftyanikinin məşqçisi Boris Arkadyev (soldan üçüncü) - Sputnik Azərbaycan
Bakı "Neftyanik"inin məşqçisi Boris Arkadyev (soldan üçüncü)

Qılıncoynatma ona iti düşünməyi, gözlənilməz, cəsarətli taktiki gedişlərin tapılmasını, istənilən idman fəndinin yerinə yetirilmə texnikasına hörməti öyrədir. Bu uşaqlıq dərsləri, Boris Andreyeviçin öz sözləri ilə desək, bütün həyatında iz buraxdı.

Gənc futbolçunu böyük gələcək gözləyirdi, amma tezliklə inqilab, ardında da vətəndaş müharibəsi baş verdi. Müharibədən sonra Arkadyevin futbola canlı marağı davam etdi və uğurla məşqçilik fəaliyyəti ilə məşğul olmağa başladı. Bu uğurun sayəsində artıq 1940-cı ildə ona Moskvanın ən nüfuzlu və populyar futbol klublarından biri — "Dinamo"ya rəhbərliyi etibar etdilər. O artıq aktivində yüksək qələbələr olan — ilk dəfə olaraq ölkə çempionu olmuş və ilk "dubl"u etmiş komandaya gəlmişdi.

Bu kollektivdə əslində hər bir oyunçu ulduz və avtoritet idi: Mixail Yakuşin, Qavriil Kaçarin, Arkadi Çernışev, Mixail Semiçastnı, Sergey İlyin, Vsevolod Radikorski, Yevgeni Fokin…. Arkadyev sovet futbolu tarixinə SSRİ-də o vaxta qədər məlum olmayan bir çox taktiki sxemləri həyata keçirmiş düşüncəli strateq kimi düşdü. 1943-cü ilin sonlarında Arkadyev QOME (Qızıl Ordunun Mərkəzi Evi) futbol komandasına rəhbərlik etmək təklifini qəbul edir.

Əsas heyətdə müharibəyəqədərki dövrdə komandada çıxış etmiş veteranlar var idi: qapıçı V.Nikanorov, müdafiəçilər K.Lyaskovski, İ.Koçetkov, yarımmüdafiəçilər A.Vinoqradov, B.Afanasyev, A.Vodyagin, hücumçular A.Qrinin, V.Demin, V.Nikolayev, Q.Fedotov. Yenilərdən Vsevolod Bobrov var idi. Onun mövcudluğu barədə hələ 44-cü ildə Boris Andreyeviçə leninqradlı Valentin Fyodorov xəbər vermişdi.

Bobrov o vaxta qədər ölkədəki bazalardan birindəki hərbi məktəblərindən birində kursant idi. Arkadyev məsləhətə qulaq asaraq dərhal komandanlılğın əli ilə Bobrovu çağırdı və onu Moskva aviaməktəbinin çox güclü komandasına yerləşdirdi. Bobrovun oyununa baxandan sonra o deyir: "Bu bəlkə də indiyədək rastlaşmadığımız bir istedaddır".

Arkadyevin ordu klubunda işlədiyi dövr MOQE komandasının böyük uğurları ilə yadda qalıb. SSRİ yığmasına başçılıq etdiyi illərdə də Arkadyevin gözəl keyfiyyətləri özünü büruzə verdi. Helsinki Olimpiadası zamanı ittifaq yığması gözəl oynayıb finala çıxdı. Komanda o dövrdə dünyanın ən güclü yığmalarından olan Yuqoslaviya ilə oyunda əzmkar keyfiyyətlər nümayiş etdirdi. Oyun əvvəlcə sovet yığması üçün çox uğursuz keçirdi və ikinci hissənin əvvəllərində rəqib 5:1 hesabı ilə irəlidə idi. Bundan sonra Boris Andreyeviçin yetirmələri elə bir uğura imza atdılar ki, beynəlxalq səviyyəli turnirlərdə bunun təkrarına rast gəlmək qeyri-mümkündür: onlar otuz dəqiqədən də az müddətdə İtaliya, Qərbi Almaniya və Fransa ilə keçirilmiş əvvəlki üç oyunda (düzdür, yoldaşlıq görüşlərində) bir top buraxmamış komandanın qapısına 4 top vuraraq hesabı bərabərləşdirdilər!

Ertəsi gün bütün fin və bir çox dünya qəzetləri bu görüş haqqında reportaj verərək sovet yığmasının oyununu çox yüksək qiymətləndirdilər. Bir gündən sonra komandalar yenidən meydançaya çıxdılar. Başlanğıc uğurlu idi: 6-cı dəqiqədə Vsevolod Bobrov hesabı açdı. Lakin 13 dəqiqədən sonra yuqoslavlar hesabı bərabərləşdirdilər. Sonra isə tamamilə ehtiyac olmayan bir məqamda, yaxınlıqda rəqib komandanın heç bir oyunçusu olmadığı halda Anatoli Başaşkin əl ilə oynadı və yuqoslavlar penaltidən qol vurdular. Bu qol sovet futbolçularını "sındırdı". Daha doğrusu, qol yox uğursuzluq, bağışlanmaz səhv. Və onlar uduzurlar (1:3).

© Photo : müəllifin şəxsi arxivindənÖn sırada: Valeri Hacıyev, Eduard Markarov, Anatoli Banişevski və Mübariz Zeynalov. Ayaq üstə duranlar: baş məşqçi Əhməd Ələsgərov, məşqçi Valentin Xlıstov, Vyaçeslav Şexov, Kazbek Tuayev, Anatoli Qryazev, Nikolay Boqdanov, Yaşar Babayev, Aleksandr Trofimov, Vladimir Bruxtiy, Sergey Komarenko və komandanın rəhbəri Şövkət Orduxanov
Ön sırada: Valeri Hacıyev, Eduard Markarov, Anatoli Banişevski və Mübariz Zeynalov. Ayaq üstə duranlar: baş məşqçi Əhməd Ələsgərov, məşqçi Valentin Xlıstov, Vyaçeslav Şexov, Kazbek Tuayev, Anatoli Qryazev, Nikolay Boqdanov, Yaşar Babayev, Aleksandr Trofimov, Vladimir Bruxtiy, Sergey Komarenko və komandanın rəhbəri Şövkət Orduxanov - Sputnik Azərbaycan
Ön sırada: Valeri Hacıyev, Eduard Markarov, Anatoli Banişevski və Mübariz Zeynalov. Ayaq üstə duranlar: baş məşqçi Əhməd Ələsgərov, məşqçi Valentin Xlıstov, Vyaçeslav Şexov, Kazbek Tuayev, Anatoli Qryazev, Nikolay Boqdanov, Yaşar Babayev, Aleksandr Trofimov, Vladimir Bruxtiy, Sergey Komarenko və komandanın rəhbəri Şövkət Orduxanov

Stalin komandaya bu məğlubiyyəti bağışlamadı. Onu futbol maraqlandırmırdı, o SSRİ yığmasının İosip Broz Titonun başçılıq etdiyi Yuqoslaviyaya uduzmasını qəbul etmirdi. Titonu "millətlər atası" özünə düşmən hesab edirdi. Arkadyev öz vəzifələri ilə vidalaşmalı oldu, MOQE isə buraxıldı. Arkadyev gözdən düşdü, onu məşhur klublara yaxın buraxmadılar.

Altmışıncı illərdə Azərbaycanda futbola isti münasibət var idi və təbii ki, əfsanəvi məşqçini Bakıya dəvət etmək fürsəti yarananda Azərbaycan paytaxtında bu şansdan istifadə etdilər. Boris Andreyeviç isə bu məsələyə çox ciddi yanaşdı. Köməkçisi əfsanəvi Ələkbər Məmmədov onu vəziyyətlə tanış edirdi. Məhz bu məşqçi tandemi böyük futbol üçün dahi Anatoli Banişevskini kəşf etdi. İlk dəfə Tolikin oyununu görmüş Arkayev 16 yaşlı oğlana "bakılı Bobrov" adını verdi. Bu, o dövr üçün tərif idi, çünki bütün dünyada Bobrovu əla futbolçu kimi dəyərləndirirdilər.

1962-63-cü il mövsümünü Arkadyevin başçılıq etdiyi "Neftyanik" yaxşı oynadı. "Neftyanik" barədə gənc və perspektivli komanda kimi danışmağa başladılar. Arkadyevin xidməti həm yoxlanılmış veteranlardan, həm də istedadlı gənclərdən təşkil ounmuş tamamilə yeni komanda toplamasında idi. O komandaya nizam, taktiki çeviklik, strateji istiqamət və böyük qalib gəlmək əzmi gətirdi. Lakin uğurlu Bakı mövsümündən sonra məşhur məşqçini Moskvaya dəvət etdilər.

O Bakıdan gedərək Moskvanın "Lokomotiv"inə başçılıq etməyə başladı. Arkadyevi başa düşmək olardı, o Moskva azarkeşlərinin gözündə özünü bərpa etmək istəyirdi. Ammo o bunu edə bilmədi. Bakıdan sonra Arkadyev rəhbərlik etdiyi heç bir klubda yüksək nəticə əldə edə bilmədi. Onun vaxtı artıq keçmişdi…

Müəllifin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.

Xəbər lenti
0