Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Bakı Şəhər Halqası otellərlə memorandum imzalayıb

© Sputnik / Murad OrujovБолид Формулы 1, выставленный на бакинском бульваре
Болид Формулы 1, выставленный на бакинском бульваре - Sputnik Azərbaycan
Abunə olmaq
Mərasimdə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim, Gilan Mehmanxanalar Qrupunun direktoru Elgün Məmmədov, Bakı Bulvar otelinin baş meneceri Valentin Osolos və Şah Palas otelinin baş meneceri Davut Furkan Emen iştirak edib.

BAKI, 2 mar — Sputnik. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) martın 2-də Gilan Mehmanxanalar Qrupu, Bakı Bulvar və Şah Palas otelləri ilə qarşılıqlı əməkdaşlıq imkanlarının inkişafına dair memorandum imzalayıb.

Bakı Şəhər Halqası mətbuat xidmətindən verilən məlumata görə, Şah Palas otelində keçirilən mərasimdə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim, Gilan Mehmanxanalar Qrupunun direktoru Elgün Məmmədov, Bakı Bulvar otelinin baş meneceri Valentin Osolos və Şah Palas otelinin baş meneceri Davut Furkan Emen iştirak edib. 

İmzalanma mərasimin də tərəflər bu il Bakıda ilk dəfə keçiriləcək Formula 1 Avropa Qran Prisi çərçivəsində qarşılıqlı əməkdaşlıq imkanlarının inkişaf etdirilməsi istiqamətində birgə fəaliyyət göstərmək haqqında razılıqlarını ifadə ediblər. 

Memorandumun şərtlərinə əsasən, tərəflər FİA Formula 1 Dünya Çempionatı üzrə Bakıda keçiriləcək Avropa Qran Pri yarışı ilə əlaqədar həm Azərbaycanda, həm də ölkədən kənarda birgə təbliğat-təşviqat kampaniyaları həyata keçirəcəklər. Bununla yanaşı tərəflər arasında yarışdan əvvəl və yarış həftəsonu ərzində Avropa Qran Prisi çərçivəsində keçiriləcək tədbirlərlə bağlı mütəmadi olaraq fikir və məlumat mübadiləsi aparılacaq.

Xəbər lenti
0