Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Cianni İnfantino FIFA-da islahatlar aparacağına söz verdi

© APAFİFA-nın yeni seçilmiş prezidenti Cianni İnfantino
FİFA-nın yeni seçilmiş prezidenti Cianni İnfantino - Sputnik Azərbaycan
Abunə olmaq
Yeni prezident: FİFA-dakı demokratiyanın nəticəsi olaraq burdayam.

BAKI, 26 fev-Sputnik. "Hər kəsə, bütün namizədlərə təşəkkür edirəm".

Sputnik Apasport-a istinadla xəbər verir ki, bu sözləri FİFA-nın yeni seçilmiş prezidenti Cianni İnfantino deyib.

Bu gün keçirilən seçkilərdə qalib gələn isveçrəli futbol funksioneri ilk çıxışında islahatlardan bəhs edib: "FİFA-dakı demokratiyanın nəticəsi olaraq burdayam. Bu, bir idman yarışıdır. Sizlərlə birlikdə işləməyə davam edəcəm. FİFA-nı yenidən, birlikdə inşa edəcəyik. Bundan sonra sadəcə futbol üzərindən danışacağıq. Çətin vaxtlar geridə qaldı. İndi islahatları həyata keçirmək zamanıdır. FİFA-nın yenidən layiq olduğu hörməti qazanması üçün əlimizdən gələni edəcəyik".

Джанни Инфантино - новый президент ФИФА - Sputnik Azərbaycan
İDMAN
FİFA-nın yeni prezidentinin adı məlum oldu

İnfantinonun bəhs etdiyi 5 maddəlik islahatlar aşağıdakılardır:

1. Bundan sonra FİFA rəhbərliyinin maaşları açıqlanacaq.
2. Siyasi və idari mövzular bir-birindən ayrılacaq.
3. Yeni bir FİFA konqresi formalaşdırılacaq.
4. Qadınların futbol dünyasında daha ön plana çıxmasına şərait yaradılacaq.
5. İnsan haqqları mövzusuna həssas yanaşılacaq.

Xəbər lenti
0