Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

On qat Azərbaycan çempionu rus idmançıya qarşı döyüşəcək

© Photo : Ahmed AhmedovKikboksçu Zöhrab Əzimov (sağda) döyüşdən əvvəl
Kikboksçu Zöhrab Əzimov (sağda) döyüşdən əvvəl - Sputnik Azərbaycan
Abunə olmaq
Zöhrab Əzimov Rusiyanın Oryol şəhərində kikboksinq üzrə peşəkar döyüşdə ölkəmizi təmsil edəcək.

BAKI, 26 fev-Sputnik. Kikboksçu Zöhrab Əzimov Rusiyada ölkəmizi təmsil edəcək. Zöhrab Əzimov Rusiyanın Oryol şəhərində kikboksinq üzrə peşəkar döyüşdə ölkəmizi təmsil edəcək.
Bu barədə məlumatı Sputnik-ə Kikboksinq Federasiyasından veriblər.

Məlumata görə, 27 fevral 2016-ci il tarixində Azərbaycan yığma komandasının üzvü, Avropa çempionu, dünya üçüncüsü, on qat Azərbaycan çempionu Zöhrab Əzimov Timur Nadirovla Rusiyanın Oryol şəhərində kikboksinq üzrə peşəkar döyüşdə "ACB" kəməri uğrunda mübarizə aparacaq.

Zöhrab Əzimov özü "Sputnik"in əməkdaşına bu görüşlə bağlı deyib: "Azərbaycan çempionatında 10 qat Azərbaycan çempionu oldum. Ondan sonra məşqləri saxlamadım və Rusiya idmançısı ilə yenidən qarşılaşacam. Ona qalib gəlmək üçün əlimdən gələni edəcəyəm. Birinci dəfə xal hesabında uduzmuşdum. Bu dəfə qalib gəlib Azərbaycana qızıl medalla qayıtmağa çalışacağam."

Xatırladaq ki, bu, hər iki idmançının revanş döyüşüdür. İdmançı Rusiyada Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin baş məşqçisi, əməkdar idman ustası Hakim Hacıyevin rəhbərliyi altında döyüşə çıxacaq.

Xəbər lenti
0