03:48 04 Dekabr 2016
Canlı yayım
Qus Hiddink

Hollandiya baş məşqçisi Qus Hiddink istefa verdi

si.com
İDMAN
Qısa URL
10 0 0

Qus Hiddink AVRO 2016 seçmə qrup mərhələsində Hollandiyanın zəif çıxışına görə sərt tənqid olunurdu.

BAKI, 30 iyun – Sputnik. Futbol üzrə Hollandiya Milli Komandasının bş məşqçisi Qus Hiddink vəzifəsindən istefa verdiyini açıqlayıb.

Hollandiya Futbol Federasiyasından verilən açıqlamada, müqavilənin qarşılıqlı olaraq 1 iyuldan etibarən sonlandırılacağı qeyd olunub.

Federasiya rəhbəri Bert van Oostveen, qərardan məyus olduğunu və bugünədək etdikləri üçün Qus Hiddinkə təşəkkür edib. 

Öz növbəsində Qus Hiddink AVRO 2016 yolunda Hollandiya milli komandasına uğurlar diləyib. 

Ölkə mediası, Hiddinkin yerinə onun köməkçisi Danny Blindin keçəcəyini yazıb.

Qus Hiddink AVRO 2016 seçmə qrup mərhələsində Hollandiyanın zəif çıxışına görə sərt tənqid olunurdu.

Əsas mövzular