03:51 04 Dekabr 2016
Canlı yayım
Vasili Şestakov

Sambonun Avropa Oyunlarına daxil edilməsi fövqəladə hadisədir

ytimg.com
İDMAN
Qısa URL
21 0 0

Beynəlxalq Sambo Federasiyasının prezidenti Vasili Şestakov: Avropa Oyunları getdikcə daha ciddi status qazanacaq və ən yüksək səviyyəli yarışlarla bir tutulacaq.

BAKI, 27 iyun — Sputnik. Rusiya Dövlət Dumasının bədən tərbiyəsi, idman və gənclər komitəsinin üzvü, Beynəlxalq Sambo federasiyasının prezidenti Vasili Şestakov Rusiyanın Birinci Bakı Avropa Oyunlarında göstərdiyi nəticəni yüksək dəyərləndirib.

Hazırda Rusiya yığması oyunlarda ümumkomanda hesabında birinci yerdədir və 69 qızıl, 36 gümüş və 34 bürünc medal qazanıb.

"Birinci Avropa Oyunlarında Rusiya yığması yüksək nəticə göstərir. Uşaqlar bütün idman növlərində çox yaxşı çıxış edirlər. Düzdür, bəziləri deyirlər ki, rəqiblər ən güclü idmançıları ilə çıxış etmirlər, lakin bu bizim yox, komandaları formalaşdıran şəxslərin problemidir", deyə Şestakov bildirib.

Şestakov əmin olduğunu vurğulayıb ki, "Avropa Oyunları getdikcə daha ciddi status qazanacaq və ən yüksək səviyyəli yarışlarla bir tutulacaq". 

Onun sözlərinə görə, sambonun Oyunların proqramına daxil edilməsi "dövrə öz möhürünü vuracaq hadisədir". Bizim idman növümüz ilk dəfə olaraq belə böyük yarışda təmsil olunur. Sambo bu yarışlarda aparıcı idman növlərindən biri kimi görünürdü və tamaşaçılarla mətbuatın böyük marağına səbəb oldu. Bütün tribunalar dolu idi, təxminən 7 min nəfər sambo yarışlarına baxırdı. Heç də hər idman növü belə baxımlılıqla öyünə bilməz", deyə Şestakov qeyd edib.

Əsas mövzular