21:58 02 Dekabr 2016
Canlı yayım
Diego Armando Maradona

Dieqo Maradona FİFA prezidentliyinə namizədliyini verəcək

bubr.ru
İDMAN
Qısa URL
7 0 0

Əfsanəvi argentinalı futbolçu Dieqo Maradona Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) prezidentliyinə öz namizədliyini irəli sürmək niyyətindədir.

BAKI, 22 iyun – Sputnik. Əfsanəvi argentinalı futbolçu Dieqo Maradona Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) prezidentliyinə öz namizədliyini irəli sürmək niyyətindədir. Bu barədə «Telesur» informasiya agentliyin müxbiri Viktor Uqo Morales xəbər verib.

1998-ci ildən FİFA-nın rəhbəri olan Yozef Blatter, mayın 29-da beşinci dəfə təşkilata rəhbər seçilib və iyunun 2-də istefa verib. Blatter təşkilatın yeni rəhbərini seçmək üçün FIFA İcraiyyə Komitəsindən fövqəladə qurultayı toplamağı xahiş edib. Fövqəladə qurultay 2015-ci illin dekabrından 2016 ilin fevralınadək olan dövrdə keçiriləcək. 

Daha öncə FİFA prezidentliyinə namizədliyini verənlər arasında məşhur fransız futbolçusu David Jinola, İordaniya şahzadəsi Əli Bin Əl-Hüseyn, FİFA-nın keçmiş vitse-prezidenti və Koreya Futbol Federasiyasının keçmiş rəhbəri Çon Moncun, braziliyalı futbolçu Ziko, Liberiya Futbol Assosiasiyasının prezidenti Musa Biliti var. 


Əsas mövzular