06:15 11 Dekabr 2016
Canlı yayım
Patrik Hikki - Avropa Ölimpiya Komitəsinin prezidenti

Növbəti Avropa Oyunlarını keçirmək üçün 7 namizəd ölkə var

Azərtac
İDMAN
Qısa URL
35 0 0

Patrik Hikki: I Avropa Oyunları bütün gözləntiləri doğruldub və ikinci mərhələdə bir çox ölkələrin bu Oyunları keçirməsinə marağı artırıb.

BAKI, 21 iyun — Sputnik. Avropa Oyunlarını 2019-cu ildə keçirmək üçün Niderlandı əvəzləmək istəyən 7 namizəd ölkə var.

Bu barədə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki deyib.

Onun sözlərinə görə, Niderland "Bakı-2015" I Avropa Oyunlarının təntənəli açılış mərasimindən bir neçə gün əvvəl Oyunların çox böyük maliyyə vəsaiti tələb etməsi səbəbindən imtina etdiyini açıqlayıb: "Onun imtina etməsi bu qitə tədbirinin gələcəyinin olmaması ilə bağlı iddiaları artırsa da, I Avropa Oyunları bütün gözləntiləri doğruldub və ikinci mərhələdə bir çox ölkələrin bu Oyunları keçirməsinə marağı artırıb. Bizim əvvəlcə altı namizədimiz var idi. Daha sonra Niderland imtina etdi. Hazırda iki əlavə namizədimiz də var. Ancaq bir müddət heç bir qərar verilməyəcək".

Əsas mövzular