21:18 09 Dekabr 2016
Canlı yayım
Gənclər və idman naziri Azad Rəhimov

Bakı-2015-də erməni idmançıların təhlükəsizliyinə tam təminat verilir

vestikavkaza.ru
İDMAN
Qısa URL
53 0 0

Azad Rəhimov: Bu, erməni idmançıların Azərbaycana son səfəri olmayacaq, onlar növbəti illərdə Azərbaycanda təşkil olunacaq digər idman yarışlarında da iştirak edəcəklər.

BAKI, 11 iyun — Sputnik. Azərbaycan tərəfi Avropa Oyunlarında erməni idmançıların təhlükəsizliyinə tam təminat verir. 

Bu barədə Prezident Administrasiyası və Gənclər və İdman Nazirliyinin I Avropa Oyunları münasibətilə keçirdiyi birgə mətbuat konfransında Gənclər və idman naziri Azad Rəhimov bildirib. 

“Bu, erməni idmançıların Azərbaycana son səfəri olmayacaq, onlar növbəti illərdə Azərbaycanda təşkil olunacaq digər idman yarışlarında da iştirak edəcəklər”, deyə nazir bildirib.  

Azad Rəhimov Avropa oyunlarına ev sahibliyi etməkdə əsas hədəfin Azərbaycanı tanıtmaq olduğunu deyib: “Bildiyiniz kimi Azərbaycan gənc ölkədir. Baxmayaraq ki, 24 ildir öz müstəqilliyini əldə edib, lakin dünyanın bir çox bölgəsində Azərbaycanı hələ də tanımırlar. Belə yarışları təşkil etməklə biz ölkəmizi dünyaya təqdim edirik. Həmçinin ölkənin turizmini, idmanını, iqtisadi potensialını beynəlxalq aləmə göstəririk.”

Əlaqədar

Sabah Bakının bəzi küçə və prospektləri bağlanacaq
Bakı-2015 Avropa Oyunları "Mədəniyyət 2015" proqramını açıqlayır
Uorlik Bakı-2015-də iştirak edəcək Ermənistan idmançıları ilə görüşüb
Bakı-2015-in açılış və bağlanış günündə marşrutların xətləri dəyişdi

Əsas mövzular