03:54 04 Dekabr 2016
Canlı yayım
Fransa prezidenti Fransua Olland

Avro-2016-nın ilk bileti Fransua Ollandda

elysee.fr
İDMAN
Qısa URL
7 0 0

UEFA prezidenti Mişel Platini 2016-cı il futbol üzrə Avropa çempionatının final mərhələsinin açılış oyununa ilk bileti Fransua Ollanda təqdim edib.

BAKI, 10 iyun — Sputnik. UEFA prezidenti Mişel Platini 2016-cı il futbol üzrə Avropa çempionatının final mərhələsinin açılış oyununa ilk bileti Fransua Ollanda təqdim edib.

Azarkeşlər 2015-ci il iyunun 10-dan iyulun 10-dək UEFA-nın saytından Avro-2016-nın oyunlarına bilet sifariş edə bilərlər.

Turnirin Təşkilat Komitəsi may ayında bilet proqramını təqdim edib. Proqrama əsasən, turnirin mərhələsindən və yerin kateqoriyasından asılı olaraq oyunların qiyməti 25-895 avro arasında dəyişəcək. Ümumilikdə 1,8 milyon bilet – 800 min iştirakçı ölkələr, 1 milyon isə digər ölkələrin azarkeşləri üçün — satışa çıxarılacaq.

1 nəfər 1 oyuna maksimum 4 bilet əldə edə və hər oyun günündə yalnız 1 matçda iştirak edə bilər.

Əsas mövzular