14:32 07 Dekabr 2016
Canlı yayım
FIFA

Rusiya Qətərin Dünya Kubokuna ev sahibliyi ləğv edilməyəcək

© Sputnik / Alexander Wilf
İDMAN
Qısa URL
3 0 0

Bundan əvvəl FIFA rəsmisi Domeniko Skala bəyan etmişdi ki, korrupsiya halları sübuta yetirilərsə, Rusiya və Qətər 2018 və 2022-ci illərdə ev sahibliyi edəcəkləri dünya çempionatından məhrum edilə bilərlər.

BAKI, 9 iyun — Sputnik. Rusiya və Qətər 2018 və 2022-ci illərdə ev sahibliyi edəcəkləri dünya çempionatından məhrum edilməyəcəklər.

Sputnik-in CNN-ə istinadən verdiyi məlumata görə, FIFA-nın  bəyanatında belə deyilir.

“FIFA Rusiya və Qətərin Dünya Kubokuna ev sahibliyinin ləğv edilməsinə əsas görmür. Hər iki ölkə FİFA-nın İcraiyyə Komitəsində demokratik səsvermə yolu ilə seçilib. Mövcud ekspert rəyləri və faktlara söykənərək bildiririk ki,  FIFA-nın Rusiya və Qətəri  Dünya Kubokuna ev sahibliyindən məhrum etməyə heç bir hüquqi əsası yoxdur" – bəyanatda deyilir.

Bundan əvvəl FIFA rəsmisi Domeniko Skala bəyan etmişdi ki, korrupsiya halları sübuta yetirilərsə, Rusiya və Qətər 2018 və 2022-ci illərdə ev sahibliyi edəcəkləri dünya çempionatından məhrum edilə bilərlər.

Əlaqədar

FIFA icraiyyə komitəsinin keçmiş üzvü rüşvət aldığını etiraf etdi
Maradona FIFA-nın yeni prezidenti olmalıdır
İnterpol FIFA-nın keçmiş rəhbərliyini axtarışa verib
FIFA prezidenti Blatter istefa verdi

Əsas mövzular