10:48 03 Dekabr 2016
Canlı yayım
Mişel Platini

Bukmekerlər: Mişel Platini FIFA prezidenti postuna ən real namizəddir

static.guim.co.uk
İDMAN
Qısa URL
FIFA ətrafında qalmaqal (12)
8 0 0

Cəmi beş gün əvvəl beşinci müddətə FİFA-nın prezidenti seçilmiş Yozef Blatterin dünən axşam gözlənilməz istefasından sonra gündəmə onu kimin əvəzləyəcəyi sualı gəlib.

BAKI, 3 iyun — Sputnik. Cəmi beş gün əvvəl beşinci müddətə FİFA-nın prezidenti seçilmiş Yozef Blatterin dünən axşam gözlənilməz istefasından sonra gündəmə onu kimin əvəzləyəcəyi sualı gəlib.

Rusiya mediasının məlumatına əsasən, Avropa Futbol Federasiyasının rəhbəri Mişel Platini FİFA-nın boş qalmış prezidenti postuna keçiriləcək növbədənkənar seçkilərdə favorit hesab edilir. Dünya bukmeykerləri məhz onun qələbəsinin daha inandırıcı olduğunu düşünürlər. Namizədlərin reytinqində sonrakı yeri təşkilatın başçısı vəzifəsinə mayın 29-da keçirilən seçkilərdə iştirak edən, ikinci turda namizədliyini geri götürən İordaniya şahzadəsi Əli bin əl-Hüseyn tutur.

Böyük korrupsiya qalmaqalına, təşkilatın rüşvət və digər cinayətlərdə ittiham olunan 7 yüksək vəzifəli üzvünün həbsinə baxmayaraq, mayın 29-da Yozef Blatter yenidən FİFA-nın prezidenti seçilib. İyunun 2-də isə şübhəlilərin siyahısı bir qədər də genişlənib və bura federasiyanın baş katibi, Y.Blatterin sağ əli Jerom Valkenin də adı əlavə olunub. Onun 10 milyon dollarlıq bank köçürmələrinə sanksiya verməsi ABŞ müstəntiqlərinin diqqətini çəkib. Onlar bu vəsaiti futbol üzrə dünya çempionatının Cənubi Afrika Respublikasında keçirilməsini təsdiqləmək üçün verilən rüşvət hesab edirlər.

Yozef Blatter isə öz növbəsində məmurlarının korrupsiya fəaliyyətindən xəbərsiz olduğunu və buna görə məsuliyyət daşımadığını bildirib. Eyni zamanda, FİFA-nın son 20 ildəki fəaliyyətini araşdıran Federal Təhqiqatlar Bürosu qanunsuz ödənişlərin məbləğini 150 milyon dollar həcmində qiymətləndirir.

ABŞ-ın baş prokuroru Loretta Linç həbs olunan məmurların oyunları kimin yayımlayacağını, çempionatların harada keçiriləcəyini və futbol oyunlarının təşkili ilə kimin məşğul olacağını həll etmək üçün rüşvət aldığını vurğulayıb.

Yozef Blatterin istefası FİFA-nın qərarlarına yenidən baxılması üçün tam bir prosesin yalnız başlanğıcı ola bilər. Müstəntiqlər, əsasən 2018-ci və 2022-ci illərdə Rusiya və Qətərin futbol üzrə dünya çempionatını keçirmək hüququnu nə dərəcədə düzgün əldə etdiklərinə şübhə ilə yanaşırlar.

Mövzu:
FIFA ətrafında qalmaqal (12)

Əlaqədar

FIFA prezidenti Blatter istefa verdi
Blatter həbs oluna bilər
Blatter 5-ci dəfə FIFA prezidenti seçildi
FIFA-da səsvermə başladı, UEFA Zepp Blatterin seçilməsini istəmir

Əsas mövzular