21:22 09 Dekabr 2016
Canlı yayım
İDMAN

Rusiya superkuboku uğrunda oyun Azərbaycanda keçirilə bilər

İDMAN
Qısa URL
5 0 0

Bu sözləri Rusiya Futbol Premyer Liqasının prezidenti Sergey Pryadkin deyib.

BAKI, 1 iyun — Sputnik. Futbol üzrə Rusiya superkuboku uğrunda oyun Azərbaycanda təşkil oluna bilər.

Rusiya mətbuatının məlumatına görə, bu sözləri Rusiya Futbol Premyer Liqasının prezidenti Sergey Pryadkin deyib.

O bildirib ki, ölkə superkuboku uğrunda görüş dekabrda keçiriləcək. Bu oyun ölkə xaricində ilk dəfə təşkil olunacaq. Oyunun keçiriləcəyi variantlar arasında Azərbaycan, İsrail və Türkiyə də var. Bu barədə klublar qərar veriblər.

Superkubok uğrunda oyunda ölkə çempionu “Zenit” (Sankt-Peterburq) və kubokun sahibi “Lokomotiv” (Moskva) üz-üzə gələcək.

Əsas mövzular