22:03 02 Dekabr 2016
Canlı yayım
Ufa Dövlət Neft Texniki Universitetinin rektoru Ramil Baxtizin

Rusiya Azərbaycan universitetləri ikili diplom proqramlarını inkişaf etdirir

© Foto: www.rusoil.net
ELM
Qısa URL
3910

Ramil Baxtizin: "Rusiya və Azərbaycanın iqtisadiyyatının sahələr spektri yaxındır, ona görə bir vaxtdan sonra təhsil və elm sahəsində müştərək proqramların işlənib hazırlanmasını planlaşdırırıq"

BAKI, 30 noy — Sputnik. Rusiya və MDB ölkələri universitetlərinin əməkdaşlığı bu gün ali təhsil müəssisələrinin dövlətlərarası assosiasiyalarının yaradılması və inkişafı hesabına yeni səviyyəyə çıxır. MDB ölkələrindən universitetlərin inteqrasiyasına hansı vasitələrlə nail olunur? Tələbə və məzunlara hansı üstünlükləri verir?

Bu barədə RİA Novosti-nin müxbirinə, Rusiya və Azərbaycan ali təhsil müəssisələri assosiasiyasının sədri, Ufa Dövlət Neft Texniki Universitetinin (UQNTU) rektoru Ramil Baxtizin danışıb.

— Ramil Nazifoviç, Rusiya və Azərbaycan ali təhsil müəssisələri assosiasiyası hansı məqsədlə yaradılıb?

— Bizim Assosiasiyamızın tarixi kökləri çox qədimdir. XX əsrin bir çox onilliyi ərzində bizim ali təhsil müəssisələri böyük birgə iş təcrübəsi toplayıb. Onu itirməmək üçün son zamanlar Rusiya və ölkələr — keçmiş ittifaq respublikaları arasında təhsil və elm sahəsində əməkdaşlıq bərpa olunub. Xüsusilə, elə keçən il Rusiya və Azərbaycan ali təhsil müəssisələri assosiasiyası yaradılıb. Assosiasiyanın tərkibinə ali təhsil müəssisələri daxildir, hansıların hər birində təhsil müvafiq sahədə işə götürənlər arasında xüsusi keyfiyyət nişanıdır. Bu, Assosiasiyanı Rusiya Federasiyası və Azərbaycan Respublikasının ali təhsil sahəsində xüsusi keyfiyyət nişanı kimi qəbul etməyə imkan verir.

 Assosiasiya hansı məsələləri həll edir?

— Onun fəaliyyəti, ilk əvvəl, post-sovet dövründə Rusiya və Azərbaycan ali təhsil müəssisələri arasında əlaqələrin bərpa edilməsinə yönəldilib. Assosiasiyanın qarşısında təhsil, elm və innovasiya sahəsində əməkdaşlığın koordinasiyası üzrə, həmçinin ona daxil olan ali təhsil müəssisələri arasında birbaşa əlaqələrin genişlənməsi üzrə geniş məsələlər dairəsi durur. Bu məsələləri həll etməyə çoxəsrli qonşuluq ənənələri, həmçinin bizim ölkə iqtisadiyyatımızın strukturlu icması kömək edir. Bu gün Assosiasiya tələbə və müəllimlərin akademik mübadiləsi ilə, birgə elmi-tədqiqat layihələrinin, şəbəkə və elektron tədrisin, həmçinin "ikili" diplomlar proqramları üzrə tədrisin reallaşdırılması ilə məşğuldur. Biz məzunların işə düzəlməsi imkanlarının genişlənməsi ilə, elmi əsərlərin beynəlxalq referativ bazalarında nəşrlərin müştərək irəliləməsi üçün ali təhsil müəssisələrarası müəllif kollektivlərinin yaradılması ilə məşğuluq. Müştərək konfranslar, tədris alanların ən yaxşı elmi iş müsabiqələri və s. keçiririk.

 Texniki ali təhsil müəssisələrinin əməkdaşlığı haqqında daha ətraflı danişa bilərdinizmi?

— Müştərək təhsil və elmi layihələr bizim ali təhsil müəssisələri-partnyorların akademik və elmi məktəblərini yaxınlaşdırmağa imkan verir, hansı ki, müştərək tədqiqatlarda, nəşrlərdə, yaradıcılıq işlərində öz nəticələrini mütləq verəcək. Əməkdaşlıq, ilk əvvəl, müştərək təhsil proqramları üzrə universitetlərin kooperasiyasında təzahür edir. Həm Azərbaycan, həm də Rusiya ali təhsil müəssisələrinin tələbələri ikili diplomların alınmasında maraqlıdırlar və indi bunu müəyyən beynəlxalq sazişlərə uyğun olaraq etməyə imkan verən mexanizmlar mövcüddur. Ali təhsil müəssisələri-partnyorlar tədris planları üzərində işləyib, ikili diplomlar proqramları üzrə qəbul və tədris üçün normativ sənədlər işlənib hazırlanıb.

 Bu proqramlar tələbələr tərəfindən tələb olunurmu?

— Əlbəttə. Əmək bazarı bu gün beynəlxalq olub və dünya təcrübəsi göstərir ki, iki diplomun olması mütəxəssisin rəqabət qabiliyyətini artırır. Ufa Dövlət Neft Texniki Universitetinin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri bu cür daxil edilmiş təhsil proqramları üzrə tədris keçirlər.

 Siz Özbəkistan ali təhsil müəssisələri ilə əməkdaşlıq edirsinizmi?

— Biz əməkdaşlıqda maraqlıyıq, onu planlaşdırırıq, lakin bugünkü gün oxşar assosiasiya yoxdur. Əgər bizim ölkələrin təhsil nazirlikləri müvafiq təşəbbüslə çıxış edərlərsə, biz məmnuniyyətlə onu dəstəkləyərik. Maraqlı bir faktı qeyd etmək istəyərdim: Rusiya və Azərbaycan ali təhsil müəssisələri arasında assosiasiyanın yaradılması Rusiya ali təhsil müəssisələrinin bir-birləri arasında qarşılıqlı fəaliyyətinin aktivləşməsinə gətirib. Belə ki, məsələn, Ufa Dövlət Neft Texniki Universiteti Ural dövlət mədən universiteti, T.M.Kalaşnikov ad. İjevsk DTU, Samara DTU və digər ali təhsil müəssisələri ilə akademik mübadilə proqramlarına başlayıb. Belə iki tərəfli əməkdaşlıq misalları çoxdur.

 Assosiasiya yeni üzvləri qəbul etməyi planlaşdırırmı?

— Sözsüz, Assosiasiya yeni üzvlər üçün açıqdır, hansılar ki, onun dəyərlərini bölüşəcək və onun işində fəal iştirak edəcək. Onda nə qədər çox üzv olsa, o qədər yaxşıdır. Assosiasiya çərçivəsində biz müxtəlif — texniki, humanitar, tibbi, iqtisadi istiqamətlər üzrə iş aparmağı nəzərdə tuturuq. Yaxın vaxtda biz təşkilatın nizamnaməsini qəbul edəcəyik, ali təhsil müəssisələrinin istiqamətlərindən asılı olmayaraq, iki-üç ildə bir dəfə Assosiasiyanın forumunu keçirməyi planlaşdırırıq. Bundan əlavə, il ərzində Assosiasiya çərçivəsində ayrı-ayrı ali təhsil müəssisələrinin və ya istiqamətlər üzrə ali təhsil müəssisələri qruplarının iştirakı ilə daha lokal səviyyədə onlarca tədbirlər keçiriləcəkdir.

 Assosiasiyanın ən yaxın planları hansılardır?

— İndi biz, neft və qaz mühəndisliyi sahəsində tələbələr üçün beynəlxalq müsabiqələrin yaradılmasını müzakirə edirik. İstərdik ki, Assosiasiyaya daxil olan texniki ali təhsil müəssisələrinin tələbələri onda iştirak etsinlər. Bu, neft və qaz mühəndisliyi sahəsində cavan istedadların axtarışına kömək edər. Rusiya və Azərbaycanın iqtisadiyyatının sahələr spektri yaxındır, ona görə bir vaxtdan sonra təhsil və elm sahəsində müştərək proqramların işlənib hazırlanmasını planlaşdırırıq.

Əlaqədar

Neft-qaz mütəxəssisləri Ufa Neft Universitetində təcrübə mübadiləsi aparacaqlar
Türkan Şoray və Rober Osseyn Xəzər Universitetində olublar
Rusiyanın ən yaxşı universitetləri: özününkünü seç
Lənkəran Dövlət Universitetinin ikinci korpusunun açılışı olub
Qafqaz Universitetinin adı dəyişdirildi
Teqlər:
Ramil Baxtizin, məzun, diplom, MDB, ali təhsil müəssisələri, universitet, Rusiya, tələbə

Əsas mövzular