ELM

Müəllim və tələbələrə 41 min manat qrant verildi

© Photo : REPORT IAAzərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Dövlət İqtisad Universiteti - Sputnik Azərbaycan
Abunə olmaq
UNEC-in müəllim və tələbələrinin layihələri qrant müsabiqəsinin qalibi olub

BAKI, 25 okt — Sputnik. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) müəllim və tələbələrinin layihələri Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun qrant müsabiqəsinin qalibi olub. UNEC-in mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin II kurs tələbəsi Eşqin Cəfərovun "Misgar.az" layihəsi 15000 AZN, Texnologiya və dizayn fakültəsinin IV kurs tələbəsi Fəqan Çələbizadənin "TagWishes" layihəsi 14000 AZN, Biznes və menecment fakültəsinin dekanı Mirağa Əhmədovun "Texnologiya transferi mexanizminin təkmilləşdirilməsində veb resursların işlənilməsi və tətbiqi" layihəsi isə 12000 AZN qrant qazanıb.

UNEC-lə ACCA arasında müqavilə imzalanıb - Sputnik Azərbaycan
ELM
UNEC-lə ACCA arasında müqavilə imzalanıb

Qeyd edək ki, TagWishes layihəsi Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, "Kapital Bank" ASC, UNEC və İnnovativ Biznes-İnkubatorun (İBİ) birgə təşkilatçılığı ilə tələbələr arasında keçirilən "Made in Azerbaijan" biznes ideya müsabiqəsinin qalibi, Misgar.az layihəsi ilə müsabiqənin finalçısı olub. "Made in Azerbaijan" biznes ideya müsabiqəsinin keçirilməsində məqsəd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 yanvar 2016-cı ildə "Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" imzaladığı Sərəncamın tətbiqinə ali təhsil müəssisələri səviyyəsində dəstək vermək, tələbələr arasında sahibkarlıq fəaliyyətinə marağı təbliğ etməkdir.

Biznes ideya müsabiqəsinin davamı olaraq qalib və finalçılar startap kimi İBİ-nin inkubasiya proqramına qoşulublar.

Xəbər lenti
0