20:23 07 Dekabr 2016
Canlı yayım
Eta Kerine ulduzu

Yer kürəsini məhv edəcək ulduz aşkarlandı

© Foto: ESO’s Paranal Observatory
ELM
Qısa URL
667220

Avropanın cənub rəsədxanasının alim-astronomları partlayışı Yer kürəsini məhv edəcək Eta Carinae adlı nəhəng ulduzun yeni fotolarını əldə ediblər.

BAKI, 19 okt-Sputnik. Avropanın cənub rəsədxanasının alim-astronomları partlayışı Yer kürəsini məhv edəcək Eta Carinae adlı nəhəng ulduzun yeni fotolarını əldə ediblər.
Şəkillərdən göründüyü kimi, bu qeyri-adi ulduz ikili sistemdən — 120-150 Günəşin çəkisinə bərabər olan nəhəng ulduzdan və kütləsi bizim dünyadan 30-80 dəfə böyük olan peykdən ibarətdir.

Sputnik xarici KİV-lərə istinadla xəbər verir ki, yeni əldə olunmuş şəkillərin sayəsində alimlər sistemin mərkəzində "böyük" və "kiçik" ulduzların arasında qeyri-adi sahə görüblər. Burada ulduz küləklərinin toqquşması baş verir ki, bu da qeyri-adi "burulğana" səbəb olur.

Mütəxəssislər ehtiyat edirlər ki, bu ulduzun partlamasından sonra səma Veneradan daha aydın şəkildə görünəcək. Və bu baş verəndən sonra Yer kürəsi ətrafında yerləşən bütün peyklər məhv olacaq, Yerin ozon təbəqəsi dağılacaq və nəticə planetimizi fəlakətə gətirib çıxaracaq.

Qeyd edək ki, alimlər Eta Carinae-nin dəqiq təsvirlərini nəhəng Very Large Telescope (VLT) teleskopunun köməyi ilə əldə ediblər. Sözügedən teleskop 4 köməkçi teleskopdan ibarətdir.

Əlaqədar

Yer kürəsi belə məhv olacaq
Yaşayış üçün Yer qədər əlverişli planet tapıldı
Yer kürəsi fəlakətin astanasındadır
Yer kürəsinin əhalisi sabah 7,3 milyard nəfər olacaq
NASA: Yer planeti toqquşa bilər
Teqlər:
Very Large Telescope, ozon təbəqəsi, teleskop, Venera, planet, Yer kürəsi, Eta Carinae

Əsas mövzular