ELM

UNEC-də yeni meqa fakültə yaradılıb

© Photo : UNECAzərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Dövlət İqtisad Universiteti - Sputnik Azərbaycan
Abunə olmaq
İnformatika və idarəetmə, Biznes inzibatçılığı və Kommersiya fakültələri ləğv edilərək, onların bazasında Biznes və menecment fakültəsi yaradılıb

BAKI, 15 iyul — Sputnik. Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yeni meqa fakültə yaradılıb. Universitetin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, bu barədə qərar universitetin Elmi Şurasında qəbul edilib.

Montpellier Universitetində təhsil alacaq UNEC-in ilk tələbələri bəlli olub - Sputnik Azərbaycan
ELM
Fransada təhsil alacaq UNEC-in ilk tələbələri bəlli olub

Qərara əsasən, İnformatika və idarəetmə, Biznes inzibatçılığı və Kommersiya fakültələri ləğv edilərək, onların bazasında Biznes və menecment fakültəsi yaradılıb. Eyni profilli 3 fakültə, bundan sonra fəaliyyətini vahid fakültə kimi davam etdirəcək.

Qərar idarəetməni təkmilləşdirmək və daha səmərəli idarəetmə formalarını seçmək üçün struktur islahatları çərçivəsində verilib. Qeyd edək ki, bundan öncə UNEC-də Maliyyə və Uçot-iqtisad fakültələri birləşdirilərək, Maliyyə və mühasibat fakültəsi, İqtisadiyyat və sənaye və Beynəlxalq İqtisadi Münasibətlər fakültələri birləşdirilərək, İqtisadiyyat fakültəsi yaradılıb.

Xəbər lenti
0