ELM

Polis yırtıcı quşlardan istifadə edəcək

Abunə olmaq
Dünyada ilk dəfə tətbiq edilən bu üsulun qısa müddət içində digər ölkələrdə də istifadə edilməsi gözlənilir.

BAKI, 2 fev — Sputnik. Hollandiya polisi bütün dünyada xüsusilə aerodromlarda təhlükələrə yol açan mini pilotsuz hava vasitəsi “drone”lərə qarşı maraqlı bir çarə tapıb. 

Sputnik Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, şahin, qartal kimi yırtıcı quşları öyrədən polis qüvvələri havadakı pilotsuz uçan aparatları (dron) bu quşların köməyi ilə yerə endirib təsirsiz hala gətirməyi bacarıb.

Dünyada ilk dəfə tətbiq edilən bu üsulun qısa müddət içində digər ölkələrdə də istifadə edilməsi gözlənilir.

Əsasən hərbi məqsədlə istifadə olunan dronlar artıq bütün dünyada geniş yayılıblar.

Onlardan kütlənin çox olduğu yerlərdə quş baxışı görüntüsünü götürmək istəyən jurnalistlər də tez-tez istifadə edirlər.

Xəbər lenti
0