11:53 11 Dekabr 2016
Canlı yayım
ADA

ADA tələbələri növbəti semestri xarici universitetlərdə keçirəcəklər

ELM
Qısa URL
47 0 0

ADA Universitetinin 24 tələbəsi gələn tədris ilini təhsillərini xarici universitetlərdə davam etdirəcək.

BAKI, 30 iyun — Sputnik. ADA Universitetinin 24 tələbəsi gələn tədris ilini təhsillərini xarici universitetlərdə davam etdirəcəklər. Bu universitetlər sırasına ABŞ, Fransa, Böyük Britaniya, Türkiyə, Macarıstan, Şimali Koreya, Çin, Estoniya, Litvada yerləşən və ADA Universiteti ilə tədris mübadiləsi haqda anlaşmaları olan 16 aparıcı ali təhsil ocağı daxildir. Öz növbəsində, həmin xarici universitetlərdən 9 tələbə mübadilə proqramı əsasında ADA Universitetində təhsil alacaqlar.

Hazırda  ADA Universiteti 50-dən çox xarici təhsil ocağı ilə müəllim, tələbə və tədqiqat mübadiləsini nəzərdə tutan əməkdaşlıq qurmuşdur. ADA bakalavrları və magistrları təhsilin ikinci ilindən başlayaraq bu tərəfdaş universitetlərin birində mübadilə semestri keçirmək imkanı əldə edirlər.

2015-ci tədris ilini Britaniyanın Glasgow Universitetində başlayacaq beynəlxalq münasibətlər tələbəsi Xəyalə Cəfərova bidlrimişdir ki, öyrəndiyi sahə üzrə aparıcı təhsil ocaqlarından hesab edilən The Unversity of Glasgow-da oxumaq ona çox faydalı olacaqdır: “İnanıram ki, Qərb təhsil sistemi və yeni mədəniyyətlə daha yaxından tanış olmaq gələcək diplomat kimi mənə üstünlük verəcək. ” Biznesin idarə edilməsi üzrə bakalavr Ceyhun Məhərrəmli isə Fransanın IESEG Menecment Məktəbinə yola düşür: “Burada biznes öyrənənlərə sonsuz imkanlar verilir. IESEG-də vaxtımdan səmərəli istifadə edəcəm-əminəm ki, bu, mənim biznes karyeram üçün əməlli basil təkan olacaq.”

Qeyd edək ki,  təhsil mübadiləsi proqramında iştirak edən ADA Universiteti tələbələri müvafiq akademik göstəricilər nümayiş etdirməli və Universitetin daxili seçim mərhələsindən keçməlidirlər. Təhsil mübadiləsi proqramları ADA Universitetinin dünya standartlarına uyğun təhsil verməsi və beynəlmiləl akademik mühit yaratması məqsədlərini dəstəkləyir. 

Əsas mövzular