10:45 03 Dekabr 2016
Canlı yayım
Azərbaycan Dövlət Pedaqoji Universiteti

Pedaqoji Universitet yeni ünvana köçəcək

gsr.fm
ELM
Qısa URL
251040

Azərbaycanda müasir kampus tipli Pedoqoji Universitet tikiləcək.

BAKI, 9 iyun — Sputnik. Azərbaycanda müasir kampus tipli Pedoqoji Universitet tikiləcək.

Sputnik xəbər verir ki, bunu  jurnalistlərə açıqlamasında Təhsil naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, artıq  ölkə başçısı  İlham Əliyevin tapşırığına  əsasən Xocəsən qəsəbəsinin ərazisində müasir kampus tipli Pedaqoji Universitetin tikilməsi üçünTəhsil Nazirliyi tərəfindən hazırlıq işləri aparılır: “Bu işlərə bir il bundan əvvəl başlanılıb. Artıq ərazinin baş planı hazırdır. O plana əsasən memarlar müxtəlif eskizlər təqdim edəcəklər. Pedaqoji Universitet bizim üçün çox mühüm rol oynayır. Həm təhsil ocağıdır, həm də bu universitetdə gələcəyin müəllimləri yetişir. Ona görə məhz bu universitetdən başladıq”.

Yeni təhsil strategiyası haqqında danışan nazir deyib ki, orada yay düşərgələrinin təşkili məsələsinin nəzərdə tutulur. “Yay düşərgələrində şagirdlər asudə vaxtlarını, yay tətillərini səmərəli şəkildə keçirəcəklər”.

Təhsil nazirinin sözlərinə görə, nazirliyin tabeliyində yay düşərgələri yoxdur: “Ona görə də aidiyyəti qurumlarla əməkdaşlıq yolları aparılır ki, şagirdlərin asudə vaxtını, o cümlədən yay tətillərini keçirməsi məsələsinə baxaq. Ölkədə prezidentin təşəbbüsü ilə bu istiqamətdə müxtəlif layihələr həyata keçirilir. Məsələn, Təhsil Nazirliyinin dəstəklədiyi, bizim də iştirak etdiyimiz “Azərbaycanımızı tanıyaq” kimi layihə çərçivəsində bir bölgədə oxuyan şagirdlər ölkənin digər bölgələrinə gedirlər”.


Teqlər:
Azərbaycanımızı tanıyaq, yay düşərgələri, Təhsil Nazirliyi, ADPU, Pedoqoji Universitet, Mikayıl Cabbarov, Azərbaycan

Əsas mövzular