22:00 02 Dekabr 2016
Canlı yayım
Mars planeti

“NASA” Marsa uçuş vaxtını iki dəfə azaldacaq

thenypost.files.wordpress.com
ELM
Qısa URL
2101

ABŞ Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyi (NASA) yaxın vaxtlarda Marsa uçuş vaxtının iki dəfə azaldılmasına yönələn proqram hazırlamağı planlaşdırır.

BAKI, 8 iyun — Sputnik. ABŞ Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyi (NASA) yaxın vaxtlarda Marsa uçuş vaxtının iki dəfə azaldılmasına yönələn proqram hazırlamağı planlaşdırır. 

Bu barədə Sputnik Rabitə və Yüksək Texnologiyalar nazirliyinin saytına istinadən məlumat verir.

Mütəxəssislərin fikrincə, bu, Qırmızı planeti fəth etmək üçün tələb olunan vaxtı xeyli sürətləndirəcək. Kosmik agentliyin mühəndisləri bu məqsədə prinsipcə yeni mühərriklərin hazırlanması sayəsində nail olmaq niyyətindədirlər.

Hazırda mühərriklərin layihələndirilməsi ilkin mərhələdədir. Bundan başqa, “NASA” yeni nəsil kosmik mühərriklərin yığılması ilə məşğul olacaq şirkətlə saziş imzalayıb. Bu, ABŞ astronavtlarının Marsa çatması vaxtını əhəmiyyətli dərəcədə qısaldacaq.

Bildirilir ki, kosmik gəminin mühərriki əvvəllər istifadə edilməyən yeni konstruksiyaya malik olacaq. Bu gün ilkin hesablamalara görə, Mars planetinə uçuş vaxtı müxtəlif optimistik proqnozlara əsasən təxminən 8 ay təşkil edir. Yeni nəsil mühərrikin hazırlanacağı təqdirdə Marsa uçuş vaxtı iki dəfə — 4 ayadək azalacaq.

Əsas mövzular