18:39 10 Dekabr 2016
Canlı yayım
Ali təhsil

Bakalavriat magistratura səviyyəsi üzrə ixtisasların sayı artırılıb

unipage.net
ELM
Qısa URL
114 0 0

Nazirlər Kabineti “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”nın təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib və Təsnifatda “İqtisadiyyat və idarəetmə ixtisasları qrupu” bölməsinə “Davamlı inkişafın idarə edilməsi” ixtisası əlavə edilib.

BAKI, 7 iyun — Sputnik. Azərbaycanda ali təhsilin bakalavriat və magistratura səviyyəsi üzrə ixtisasların sayı artırılıb.

Nazirlər Kabineti “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”nın təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib və Təsnifatda “İqtisadiyyat və idarəetmə ixtisasları qrupu” bölməsinə “Davamlı inkişafın idarə edilməsi” ixtisası əlavə edilib.

Nazirlər Kabinetinin digər qərarı ilə “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nda dəyişiklik edilib. Dəyişikliyə əsasən “Humanitar və sosial ixtisaslar qrupu” hissəsinin “060212 Hüquqşünaslıq” ixtisasına “İnformasiya hüququ”, Mədəniyyət və incəsənət ixtisasları qrupu” hissəsinin “060321 Dizayn” ixtisasına “Vizual dizayn və media”,  İqtisadiyyat və idarəetmə ixtisasları qrupu” hissəsinin “060411 Kommersiya” ixtisasına “ “060412 Davamlı inkişafın idarə edilməsi” ixtisası əlavə edilib.

“Təbiət ixtisasları qrupu” hissəsinin “060503 Fizika” ixtisasına “Radiasiya materialşünaslığı”, “Atom və nüvə fizikası”,  “060507 Hidrometeorologiya” ixtisasına “ Su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi”, “060510 Ekologiya” ixtisasına “ Biomüxtəliflik və təbiətin mühafizəsi”, “Bioekologiya” ixtisasları əlavə edilib. “6. Texniki və texnoloji ixtisaslar qrupu” hissəsi üzrə  “060638 Tikinti materialları və məmulatlarının texnologiyası mühəndisliyi” ixtisasına “Şüşə və keramika məmulatları texnologiyası” ixtisası əlavə edilib, bu ixtisas “060643 Çoxişlənən malların texnologiyası mühəndisliyi” ixtisasından çıxarılıb.

Əlaqədar

TQDK cəzaçəkmə müəssisələrində buraxılış imtahanları keçirib
Azərbaycanda növbəti buraxılış imtahanları keçirilir
Bakıda keçirilmiş ilk buraxılış imtahanlarının nəticələri açıqlanıb
İkinci və üçüncü ixtisas qruplarının abituriyentləri üçün qəbul imtahanı keçirilir

Əsas mövzular