09:57 08 Dekabr 2016
Canlı yayım
tqdk

TQDK: 11-ci sinif şagirdlərinin 37%-i "Ana dili"ndən “2” “3” alıb

tqdk.gov.az
ELM
Qısa URL
57 0 0

Bakı məktəblərində keçirilmiş buraxılış imtahanlarının nəticələrinə dair statistik göstəricilər açıqlanıb.

BAKI, 4 iyun — Sputnik. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 2-də Bakı şəhərində yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanlarının nəticələrinin statistik göstəricilərini açıqlayıb.

TQDK-nın mətbuat xidmətindən xəbərə görə, 9-cu siniflər buraxılış imtahanında iştirakı nəzərdə tutulan 31490 şagirddən 404 nəfəri imtahana gəlməyib, 5 nəfər qaydaları pozduğu üçün nəticələri ləğv olunub. TQDK-nın internet saytında 31081 şagirdin imtahan nəticələri yerləşdirilib.

Qeyd edək ki, ümumi orta təhsil bazasında (9 illik) keçirilmiş buraxılış imtahanında Ana dili və Riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 8-dən az olmayan şagirdlər müvəffəq qiymət alırlar.

Azərbaycan bölməsində buraxılış imtahanında iştirak edən 9-cu sinif şagirdlərinin 55.85.%-i ana dili fənni üzrə, 57.98%-i riyaziyyat fənni üzrə “2” və “3” qiyməti alıb. Həmin bölmədə ana dili fənni üzrə şagirdlərin 44.15%-i,  riyaziyyat fənni üzrə isə  42.02 %-i “4” və “5” qiyməti alıblar.  

Rus bölməsində isə buraxılış imtahanında iştirak edən 9-cu sinif şagirdlərinin 45.56.%-i ana dili fənni üzrə, 44.16%-i riyaziyyat fənni üzrə “2” və “3” qiyməti alıblar. Həmin bölmədə ana dili fənni üzrə  şagirdlərin 54.44%-i,  riyaziyyat fənni üzrə isə  55.84 %-i “4” və “5” qiyməti alıblar.   

56 nəfər maksimum nəticə göstərərək 60 bal toplayıb.

11-ci sinif üzrə buraxılış imtahanda iştirakı nəzərdə tutulan 24445 şagirddən 333 nəfəri imtahana gəlməyib, 18 nəfər qaydaları pozduğu üçün nəticələri ləğv olunub. TQDK-nın internet saytında 24094 şagirdin imtahan nəticələri yerləşdirilib. Ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 8-dən, xarici dil (xarici dil tədris olunmayan məktəblərin şagirdləri üçün kimya) fənnindən isə 5-dən az olmayan şagirdlər müvəffəq qiymət alırlar.

Azərbaycan bölməsində buraxılış imtahanında iştirak edən 11-ci sinif şagirdlərinin 45.67.%-i ana dili fənni üzrə, 35.39%-i riyaziyyat fənni üzrə “2” və “3” qiyməti, həmin bölmədə ana dili fənni üzrə  şagirdlərin 54.32%-i,  riyaziyyat fənni üzrə isə  64.62 %-i “4” və “5” qiyməti alıblar. 

Rus bölməsində isə buraxılış imtahanında iştirak edən 11-ci sinif şagirdlərinin 36.85.%-i ana dili fənni üzrə, 27.32%-i riyaziyyat fənni üzrə “2” və “3” qiyməti, həmin bölmədə ana dili fənni üzrə şagirdlərin 63.15%-i,  riyaziyyat fənni üzrə isə  72.68 %-i “4” və “5” qiyməti alıblar. 165 nəfər maksimum nəticə göstərərək 90 bal toplayıb.

Əlaqədar

Bakıda keçirilmiş ilk buraxılış imtahanlarının nəticələri açıqlanıb
İkinci və üçüncü ixtisas qruplarının abituriyentləri üçün qəbul imtahanı keçirilir

Əsas mövzular