Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Forbes" "Şimal axını-2"yə qarşı sanksiyaları dəyərləndirdi

© Sputnik / Ilya Pitalev / Mediabanka keçid"Şimal axını – 2" qaz kəmərinin tikintisi
Şimal axını – 2 qaz kəmərinin tikintisi - Sputnik Azərbaycan
Abunə olmaq
"Bu sanksiyalar çox zəif və gecikmişdir. Hətta Rusiyanın əleyhdarlarının da ürəyincə olmayacaq", - nəşr yazıb

BAKI, 31 dekabr — Sputnik. Amerikanın "Forbes" nəşrinin fikrincə, "Şimal axını-2" layihəsinə qarşı sanksiyalar onun tikintisinə mane olmayacaq. 

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, nəşrin ehtimalına görə, ABŞ məhdudlaşdırıcı tədbirləri tətbiq etməkdə düz bir il gecikib.

""Şimal axını-2" həmişə Ukrayna üçün şapalaq olub", - məqalədə deyilir.

Eyni zamanda nəşr diqqətə çatdırır ki, Ukrayna qaz tranzit edən ölkə qismində enerji bazarına qayıdanda ABŞ-ın Rusiyanın qaz ixrac etməsinə qarşı arqumentlərindən biri ləğv olunacaq, o zaman Amerika üçün özünün maye qazını Avropaya tədarük etmək cəhdləri çətinləşəcək. 

"Bu sanksiyalar çox zəif və gecikmişdir. Hətta Rusiyanın əleyhdarlarının da ürəyincə olmayacaq", - nəşr yazıb.

"Şimal axını-2" layihəsi Rusiya sahillərindən Baltik dənizinin dibi ilə Almaniyayadək iki qaz xəttinin tikilməsini ehtiva edir. Boru həmçinin Finlandiya, İsveç və Danimarkanın ərazi suları və ya müstəsna iqtisadi zonalarından da keçəcək.

Şimal axını-2 qaz kəməri üçün boru istehsalı - Sputnik Azərbaycan
RUSİYA
Avropa Rusiyaya görə ABŞ-a qarşı çıxdı – Böhran dərinləşir

Ukrayna "Şimal axını-2" layihəsinin gerçəkləşməsindən sonra Rusiyanın mavi yanacağının öz ərazisindən tranzitini itirəcəyindən qorxduğu üçün bu kəmərin tikintisinə qarşı çıxırdı.

Bu layihəni öz maye qazının Avropa ölkələrinə tədarük həcmini artırmaq niyyətində olan Amerika hökuməti də aktiv şəkildə pisləyir. Bundan başqa, ABŞ-ın Maliyyə Nazirliyi dekabrın sonunda "Şimal axını-2" və "Türk axını" qaz kəmərlərinə qarşı sanksiyaların işə düşdüyünü bildirib. Vaşinqton kəmərin tikintisini aparan şirkətlərdən işi dərhal dayandırmağı tələb edib.

Almaniya, Avstriya və Norveç isə layihəni dəstəkləyirlər. Bu ölkələrin hökumətləri dəfələrlə vurğulayıblar ki, "Şimal axını-2" Avropanın enerji təhlükəsizliyini möhkəmləndirməlidir. Bundan başqa, Avropa İttifaqının rəhbərliyi də Amerikanın tətbiq etdiyi məhdudlaşdırıcı tədbirləri pisləyib.

Bir müddət əvvvəl Rusiyanın Baş Naziri Dmitri Medvedev "Şimal axını-2"nin sanksiyalara rəğmən tikilib başa çatdırılacağından əminliyini bildirib. Enerji naziri Aleksandr Novakın sözlərinə görə isə, layihə 2020-ci ilin sonunda işə salınacaq.

Xəbər lenti
0