Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Vladimir Putinə prezidentliyi ilə bağlı maraqlı təklif

© REUTERS / EVGENIA NOVOZHENINAЕжегодная большая пресс-конференция президента РФ В. Путина
Ежегодная большая пресс-конференция президента РФ В. Путина - Sputnik Azərbaycan
Abunə olmaq
Daha əvvəl isə Jirinovski Rusiya prezidentinin 6 illik prezidentlik səlahiyyətlərinin 5 ilə qədər azaldılmasını təklif etmişdi.

BAKI, 29 dekabr — Sputnik. Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Rusiyada vitse-prezident postunun yaradılmasını təklif edib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, o, bu barədə öz "Telegram" kanalında yazıb.

Onun fikrincə, bu, Rusiya prezidentinin işlərini azaldacaq.

"Bu gün idarəetmə funksiyasının prezident və onun müavini - vitse-prezident arasında bölünməsi imkanları olduğu halda, ölkə başçısının çiyinlərində böyük öhdəlilklər var", - deyə Jirinovski qeyd edib.

Daha əvvəl isə V.Jirinovski Rusiya prezidentinin 6 illik prezidentlik səlahiyyətlərinin 5 ilə qədər azaldılmasını təklif etmişdi.

Xəbər lenti
0