Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Trampdan Putinə mühüm jest

© AP Photo / Cliff OwenRusiyanın ABŞ-dakı səfiri Sergey Kislyak
Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyak - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya səfiri ABŞ Prezidentinin inauqurasiyasında iştirak edəcək

BAKI, 10 yan — Sputnik. ABŞ-ın seçilmiş prezidenti Donald Tramp Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyakı özünün inauqurasiya (andiçmə) mərasiminə dəvət edib. Sputnik-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, səfirin Trampdan dəvət məktubu aldığı barədə informasiyanı Rusiyanın Vaşinqtondakı diplomatik missiyasının mətbuat xidməti yayıb.

ABŞ-ın eks prezidenti Barak Obama və yeni seçilmiş prezident Donald Tramp - Sputnik Azərbaycan
Trampdan Obamaya sarsıdıcı zərbə

"Təcrübəyə və protokol qaydalarına əsasən, ABŞ prezidentinin inauqurasiyasına xarici səfirlər də dəvət olunur. Rusiya səfiri Sergey Kislyak Amerika tərəfindən belə bir dəvətnamə alıb. Səfir bu mərasimdə iştirak edəcək" — deyə səfirliyin mətbuat katibi Nikolay Laxonin bildirib.

ABŞ-ın 45-ci prezidentinin inauqurasiyası yanvarın 20-də keçiriləcək. Mərasim yerli vaxtla saat 12.00-da Konqres binasının yerləşdiyi Kapitolidə olacaq.

Trampın inauqurasiya nitqini şəxsən özünün yazmağı planlaşdırdığı bildirilir. Mərasimdə 2-3 milyon adamın iştirakı gözlənilir.

Xəbər lenti
0