Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyadan ABŞ-a mühüm mesaj

© Photo : Russian Defense MinistrySergey Şoydu
Sergey Şoydu - Sputnik Azərbaycan
Abunə olmaq
Şoyqu: "Təəssüf ki, Amerika və onun tərəfdaşları ilə danışıqlar uğursuz alındı"

BAKI, 20 dek — Sputnik. Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Moskvada, iranlı həmkarı Hüseyn Dehqanla görüşüb. Sputnik-in görüşdən sonra mətbuata açıqlama verən nazir deyib ki, Rusiya, Türkiyə və İran Suriyadakı problemin həllində qarant ölkələr olmağa hazırdır.

"Hər üç dövlətdən olan ekspertlər, Suriya böhranının həllini nəzərdə tutan Moskva deklarasiyası mətni üzərində çalışır. Rusiya, Türkiyə və İran həllin təminatçısı olmağa hazırdır", — Şoyqu bildirib.

ABŞ və partnyorları ilə razılıq əldə edə bilmədiklərini, bunun da Suriyadakı böhranı uzatdığını deyən Sergey Şoyqu, Türkiyə, İran və Rusiyanın yekun həllə yaxın olduqlarını qeyd edib: "Təəssüf ki, Amerika və onun tərəfdaşları ilə danışıqlar uğursuz alındı və bu hal bölgədəki vəziyyətin daha da pisləşməsinə səbəb ola bilərdi. Ancaq Rusiya, Türkiyə və İran olaraq Suriyada aktual problemləri birlikdə həll etməyə hazırıq".

Xəbər lenti
0