Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

NATO-nun Rusiya-Türkiyə yaxınlaşmasına reaksiyası gecikmədi

© Photo : newsader.comNATO-nun baş katibi Yens Stoltenberq
NATO-nun baş katibi Yens Stoltenberq - Sputnik Azərbaycan
Abunə olmaq
Baş katib Yens Stoltenberq Moskva-Ankara münasibətlərinin sıxlaşması ilə mühüm açıqlama verib

BAKI, 5 dek — Sputnik. "Türkiyə-Rusiya danışıqları Alyansın öhdəliklərinə zidd deyil". Sputnik xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq mətbuat konfransı zamanı deyib.

Baş katib, Ankara ilə Moskva arasındakı danışıqların, Türkiyənin Alyans qarşısındakı öhdəliklərinə zidd olmadığını bildirib: "Türkiyənin, Rusiya ilə apardığı danışıqlar, Türkiyənin ittifaq içərisindəki öhdəliklərinə zidd deyil. Əksinə, Türkiyənin rus təyyarəsini vurmasından bu yana, Türkiyə ilə Rusiya arasında birbaşa dialoq qurulmasının lazım olduğunu söylədik. Heç vaxt Rusiyanın təcrid edilməsi üçün çağırışlar etmədik".

Xəbər lenti
0