16:09 06 Dekabr 2016
Canlı yayım
Rusiyanın xarici işlər naziri Sergey Lavrov, türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə

Lavrov türklərin səbrsizliklə gözlədiyi açıqlamanı verdi

© REUTERS/ Stringer
RUSİYA
Qısa URL
122 0 0

Sergey Lavrov: "Əl Bab bölgəsində türk əsgərlərini havadan vuran Suriyanın silahlı qüvvələri idi"

BAKI, 1 dek — Sputnik. Türkiyə ilə Rusiya arasında Ortaq Strateji Planlaşdırma Qrupunun 5-ci yığıncağı üçün Antaliyada səfərdə olan, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə mətbuata qapalı görüş keçirib. Görüşdən sonra jurnalistlərə açıqlama verən nazirlər, danışıqların detalları haqda qısa məruzə ediblər.

Sputnik Milliyet-ə istinadən xəbər verir ki, Sergey Lavrov bir həftə öncə Suriyanın Əl-Bab bölgəsində türk əsgərlərinə edilən hava hücumunda Rusiyanın əli olmadığını deyib: "Rusiya olaraq, bu hadisə ilə yaxından-uzaqdan əlaqəmiz yoxdur. Həmin gün türk əsgərlərini havadan vuran Suriyanın silahlı qüvvələri idi".

Çavuşoğlu və Lavrov Suriyada, xüsusilə Hələbdə axan qanın durması və bölgəyə insani yardımların çatdırılmasında həmfikir olduqlarını, bunun üçün ciddi çalışdıqlarını bildiriblər.

Əlaqədar

Lavrov Çavuşoğludan Ərdoğanın məqsədini soruşacaq
Lavrovla Kerri Cenevrədə bir araya gəldi
Sergey Lavrov Minsk qrupunun həmsədrlərini qəbul edib
Sergey Lavrov Türkiyəyə səfərə gedir
Sergey Lavrovun Bakı səfərinin yekunları müzakirə olunacaq
"Lavrovun Qarabağla bağlı açıqlaması nikbinlik yaradır"
Teqlər:
rus, Mövlud Çavuşoğlu, Sergey Lavrov, Rusiya, Türkiyə, türk

Əsas mövzular