16:08 06 Dekabr 2016
Canlı yayım
Youtube

"YouTube" ölkədən gedir

© Flickr/ Rego Korosi
RUSİYA
Qısa URL
445 0 0

Bununla bağlı qanun layihəsi parlamentə təqdim olunub

BAKI, 1 dek — Sputnik. Rusiyanın Media Rabitə Birliyinin Hüquq komitəsi xəbərdarlıq edib ki, "YouTube" ölkəni tərk edə bilər. RİA Novosti "Kommersant"a istinadən yazır ki, bunun səbəbi "YouTube" video-hostinqinin online kinoteatrlarla bağlı yeni qanun layihəsinin təsirinə düşməsidir.

Qəzetin məlumatına görə, "YouTube"un trafik istehlakının 30%-indən artığı məhz Rusiyada olan istifadəçilərin payına düşür. Noyabrın 25-də qanun layihəsi Rusiya Dövlət Dumasına təqdim olunub. Sənəd xaricilərə professional kontenti olan və ay ərzində yüz mindən artıq istifadəçisi olan audiovizual xidmətlərə sahib olmağı qadağan edir. Əvvəl isə Media Rabitə Birliyindən bildirmişdilər ki, yeni qaydalar "YouTube"a aid edilməyəcək, çünki onun məzmunu professional deyil, xüsusidir.

"Qanun layihəsinin qəbulu "YouTube"un Rusiya ərazisindən çıxarılması ilə nəticələnə bilər", — deyə Hüquq komitəsinin xəbərdarlığında deyilir.

Qəzetin məlumatına görə, "YouTube"da həm professional, də həm xüsusi məzmun yerləşdirilir: "Onları bir-birindən ayırma metodikası isə yoxdur".

"YouTube"un sahibi olan "Google" şirkətinin Rusiyada serverləri var. Media Rabitə Birliyinin tələblərini yerinə yetirmək üçün isə əlavə infrastruktur yaradılmalıdır. Əks halda, "YouTube" Rusiyanı tərk etməli olacaq ki, bu da öz növbəsində valyuta xərclərinin kəskin artmasına və xidmətlərin keyfiyyətinin pisləşməsinə gətirib çıxaracaq.

Qeyd edək ki, "YouTube" 2005-ci ildə yaradılıb və tezliklə dünyanın ən məşhur video-hostinqinə və istifadəçi sayı üzrə ikinci sayta çevrilib. Rusiyadan olan istifadəçilər isə servisin ümumi auditoriyasının 2%-ni təşkil edirlər.

Əlaqədar

Madonnanın klipi Youtube-da rekord qırır
"Facebook"dan sərt qərar: bütün saxta profillər bağlanır
Facebook-un sizi ölümdən xilas etdiyini bilirsiniz?
"Facebook"un qurucusu dünyanı yenidən heyrətə saldı
Bu ölkədə "Facebook" qadağan olundu
«Facebook» bu şəbəkə ilə bacara bilmir
Teqlər:
hostinq, "YouTube", Hüquq komitəsi, Media Rabitə Birliyi, video, Rusiya, qanun

Əsas mövzular