21:59 02 Dekabr 2016
Canlı yayım
Çavuşoğlu və Rusiya xarici işlər naziri Lavrov

Lavrov Çavuşoğludan Ərdoğanın məqsədini soruşacaq

© Sputnik / Nina Zotina
RUSİYA
Qısa URL
19 0 0

Mixail Boqdanov: "Alaniyadaki Çavuşoğlu-Lavrov görüşündə Ərdoğanın məqsədinin nə olduğu aydınlaşacaq"

BAKI, 30 noy — Sputnik. "Cənab Ərdoğanın Bəşər Əsəd haqda söylədikləri Alaniyada müzakirə ediləcək".

Sputnik xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Mixail Boqdanov deyib. O, bildirib ki, Türkiyə prezidentinin Bəşər Əsəd haqqında sözləri Rusiya xarici işlər naziri Sergey Lavrovun Türkiyəyə səfəri zamanı müzakirə mövzusu olacaq.

"Yəqin ki, Alaniyadaki Çavuşoğlu-Lavrov görüşündə Ərdoğanın məqsədinin nə olduğu aydınlaşacaq", — Boqdanov deyib.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iki gün öncə İstanbulda keçirilən Beynəlxalq Qüds Simpoziumunda, türk ordusunun Suriyada başlatdığı əməliyyatda əsas məqsədin Bəşər Əsəd hakimiyyətinə son qoymaq olduğunu söyləyib. "Bizim Suriyanın torpaqlarında gözümüz yoxdur. Biz istəyirik ki, o torpaqlar gerçək sahiblərinin olsun. Türk ordusunun məqsədi oralarda dövlət terroru həyata keçirən Bəşər Əsəd hakimiyyətinə son qoymaqdır", — deyə prezident əlavə edib.

Əlaqədar

Ərdoğan Bəşər Əsədin hakimiyyətinə son qoymaq istədiklərini deyib
İsrail prezidenti azan səsi ilə bağlı Ərdoğanla eyni düşündüyünü deyib
Putindən Ərdoğana: "Türk əsgərlərinin şəhid olması ilə əlaqəmiz yoxdur"
Ərdoğan Rusiyaya getməyəcək
Ərdoğan Putinə zəng edib
Ərdoğan Avropa İttifaqını hədələdi
Teqlər:
Mixail Boqdanov, Ərdoğan, Bəşər Əsəd, Sergey Lavrov, Rusiya, Türkiyə

Əsas mövzular