03:48 04 Dekabr 2016
Canlı yayım
Laboratoriyada eksperement, arxiv şəkli

Süni insan dərisi yaradıldı

© Sputnik / Ramil Sitdikov
RUSİYA
Qısa URL
27220

Yaxında ondan dəri transplantasiyalarında, estetik cərrahiyyədə də istifadə etmək mümkün olacaq

BAKI, 30 noy — Sputnik. Novosibirskdən olan alimlər süni insan dərisi yaratmağa nail olublar. Bunun üçün onlara cəmi 2 həftə vaxt tələb olunub.

Qeyd edək ki, süni insan dərisi dərman preparatlarının, kimyəvi maddələrin və kosmetikanın sınağı zamanı istifadə olunacaq. Daha əvvəl bu cür eksperimentlər təcrübə dovşanları üzərində aparılırdı.

Yeni texnologiyanın tətbiqi il ərzində eksperimentlərdə istifadə olunan milyonlarla heyvanın həyatını xilas etməyə kömək edəcək. Eyni zamanda, bu yeni dəri heyvanların dərilərinə nisbətdə insan dərisinin göstəricilərinə tamamilə uyğun gəlir.

Alimlər qeyd ediblər ki, bu cür dərini təkmilləşdirərək, yaxında ondan dəri transplantasiyalarında, estetik cərrahiyyədə də istifadə etmək mümkün olacaq.

Bu texnologiyanın işlənib-hazırlanması üçün Rusiyanın Elm və Təhsil Nazirliyi 33 milyon rubl (877 800 manat) dəyərində qrant ayırıb. Hazırda bir eksperimental nümunənin qiyməti 1 min rubl təşkil edir.

Əlaqədar

Bakıda Dəri-Zöhrəvi dispanserdə yanğın olub
Dəridəki ət xallarını yox etməyin ən asan üsulu
E vitamininin orqanizmə və dəriyə təsiri
Dərialtı çip dərhal qanı analiz edəcək
Teqlər:
üz, süni insan dərisi, Novosibirsk, transplantasiya, dəri, Rusiya

Əsas mövzular