17:44 03 Dekabr 2016
Canlı yayım
Araqla dolu stəkanlar, arxiv şəkli

Araq satışına məhdudiyyətlər aradan götürülür

© Foto: Shutterstock
RUSİYA
Qısa URL
8910

Artıq yalnız pasport deyil, sürücülük vəsiqəsini təqdim etməklə, marketlərdən spirtli içki almaq mümkündür

BAKI, 30 noy — Sputnik. Rusiya hökuməti yetkinlik yaşına çatmış şəxslərə spirtli içkinin satılması üçün tələb olunan sənədlərin siyahısını artırmağı planlaşdırır. RİA "Kommersant"a istinadən xəbər verir ki, 2017-ci ilin martından bu siyahıya sürücülük vəsiqəsi də əlavə olunacaq.

Mənbənin məlumatına görə, sürücülük vəsiqəsini alıcının yaşının müəyyənləşdirilməsi üçün istifadə olunan sənədlər siyahısına əlavə etmək layihəsini Rusiyanın Sənaye Nazirliyi hazırlayıb. Pərakəndə satışla məşğul olan şəxslər də bu təşəbbüsü dəstəkləyirlər, çünki rusların çoxu pasportlarını öz üzərlərində daşımırlar.

Qəzetin məlumatına görə, siyahının genişləndirilməsinin əsas səbəbi hüquqi məsələ olub: "Sürücülük vəsiqəsi siqaret almaq üçün artıq istifadə olunur. Spirtli içki və tütün məmulatlarına isə eyni yaş məhdudiyyəti tətbiq olunur".

Hazırda isə satıcı spirtli içki almaq istəyən şəxsdən şəxsiyyət vəsiqəsindən başqa xarici, diplomatik və ya xidməti pasport, müvəqqəti şəxsiyyət vəsiqəsi, dənizçi və ya xarici vətəndaşlıq pasportu, hərbi bilet, Rusiyada müvəqqəti yaşamaq üçün icazə və ya müvəqqəti sığınacaq sənədini tələb edə bilər.

Əlaqədar

Azərbaycanda satılan spirtli içkilərlə bağlı müdhiş fakt
Ramazanda spirtli içki içməyin cəzası nədir?
Prezidentlərin görüşündə spirtli içki qalmaqalı
Gəncədə saxta spirtli içki satan şəxs saxlanılıb
Spirtli içkilərin plastik kartlarla satışı dayandırıldı
Teqlər:
spirtli içki, satış, araq, market, Rusiya

Əsas mövzular