11:57 11 Dekabr 2016
Canlı yayım
Spirtli içki içən adam. Arxiv şəkli

Ölkənin ən çox araq içilən regionları açıqlandı

© Foto: Shutterstock
RUSİYA
Qısa URL
1535 0 0

Spirtli içki istehlakının ən az olduğu yerlər Çeçenistan, İnquşetiya və Dağıstandır

BAKI, 28 noy — Sputnik. "Ayıq Rusiya" federal layihəsi və Rusiya İctimai Palatasının Ekspert-Analitik Mərkəzi "Rusiya Federasiyası subyektlərinin ayıqlıq reytinqi — 2016"nı yaradıb. Sputnik RİA Novosti-yə istinadən xəbər verir ki, sənədə əsasən, "ən az içənlər" Çeçenistan, İnquşetiya və Dağıstan olub.

Bu siyahıda ilk onluğun sonunda isə Rostov regionu qərarlaşıb. Rusiyada spirtli içki istehlakının ən yüksək olduğu yerlər isə, Maqadan vilayəti, Çukotka muxtar dairəsi və Komi Respublikasıdır.

İctimai Palatanın Ekspert-Analitik Mərkəzinin rəhbəri Kiril Akimov bildirib ki, reytinq təşkil olunarkən on spirtli içki növləri təhlil edilib. Qiymətləndirmənin daha bir meyarı isə etil spirti və alkoqolun qanunsuz istehsalı və dövriyyəsi olub.

Ekspertlərin sözlərinə görə, cinayət vəziyyətini əks etdirən bu göstəricilər "ayıqlıq" reytinqinə də təsir edir. Hər region üçün son bal isə bütün meyarlar toplanandan sonra siyahıda tutulan yer əsasında müəyyən edilir.

Rusiya regionlarının "ayıqlığ"ının ölçülməsi artıq ikinci dəfə keçirilir. Yesablama metodologiyasının dəyişilməsi səbəbindən yeni reytinq nəticələri keçən ilki nəticələrdən fərqlənir. Əgər keçən il tək araq və pivə satışı hesablanırdısa, indi bu məhsullardan başqa şərab, konyak, həmçinin 25%-dək və ondan artıq spirt tərkibi olan digər içkilərin də satışları hesablanır.

Əlaqədar

Azərbaycanda satılan spirtli içkilərlə bağlı müdhiş fakt
Ramazanda spirtli içki içməyin cəzası nədir?
Prezidentlərin görüşündə spirtli içki qalmaqalı
Gəncədə saxta spirtli içki satan şəxs saxlanılıb
Spirtli içkilərin plastik kartlarla satışı dayandırıldı
İstanbulda spirtli içkilərdən ölənlər durmadan artır
Teqlər:
Dağıstan, İnquşetiya, Çeçenistan, alkoqol, spirtli içki, Rusiya

Əsas mövzular