Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Tanınmış kloun vəfat etdi

© Sputnik / Vyacheslav Runov / Mediabanka keçidDünya şöhrətli kloun, SSRİ xalq artisti Oleq Popov
Dünya şöhrətli kloun, SSRİ xalq artisti Oleq Popov - Sputnik Azərbaycan
Abunə olmaq
Oleq Popov 1991-ci ildən etibarən Almaniyada yaşayıb və işləyirdi. 2015-ci ilin iyununda 24 ildən sonra ilk dəfə Rusiyaya səfər etmişdi.

BAKI, 3 noy-Sputnik. Dünya şöhrətli kloun, SSRİ xalq artisti Oleq Popov gözlərini bu dünyaya əbədi olaraq yumub. O, Almaniyadan sonra qastrola getdiyi Rostov şəhərində 87 yaşında vəfat edib.
Sputnik-in məlumatına görə Popov 31 iyul 1930-cu ildə Moskva ətrafında anadan olub və özünü nəhəng publikaya "Günəş klounu" obrazı ilə sevdirib.

Sarı saçlar, qeyri-mütənasib iri zolaqlı şalvar, ağ-qara dama-dama kepka və qırmızı burun — onun əbədi obrazı belə idi. 
Popov 1991-ci ildən vətənini tərk edərək Almaniyada yaşayırdı. 2015-ci ildən isə Rusiyaya qastrollara gəlməyə başlamışdı. Oktyabrın 29-da Rostov sirkində Popovun iştirakı ilə "Qoy həmişə günəş olsun" şousunun premyerası keçirilmişdi. Əfsanəvi kloun bu sirkdə planlaşdırılmış 15 şoudan sadəcə 2-sində iştirak edə bildi.

"Oleq Popov qastrolda olduğu Rostov şəhərində vəfat edib" — deyə Böyük Moskva Böyük Sirkinin direktoru Edqard Zapaşnı bildirib.

"Onun ürəyi dayanıb. O heç nədən şikayət etmirdi və sadəcə televizora baxırdı. Təcili yardım çağırdılar, o gəldi və öldüyünü təsdiqlədi" — deyə Rostov sirkinin direktoru Dmitri Rezniçenko RİA Novosti-yə bildirib. O, Popovun Rostov sirkinin mehmanxanasında qaldığını və orada da öldüyünü deyib.

Rezniçenkonun sözlərinə görə, Popovun qohumları onu Almaniyada dəfn etmək niyyətindədirlər. Buna qədər isə Moskvada, ya da Rostovda artistlə vida mərasimi keçiriləcək. 

Xəbər lenti
0