02:25 05 Dekabr 2016
Canlı yayım
Rusiya Prezidenti Administrasiyasının keçmiş rəhbəri Sergey İvanov

Prezidentin nümayəndəsi: "Dövlət Təhlükəsizliyi Nazirliyinə ehtiyac yoxdur"

© Sputnik / Sergey Mamontov
RUSİYA
Qısa URL
41 0 0

Sergey İvanov: "Ölkədə olan güc strukturları kifayət edir. Kəşfiyyat əks-kəşfiyyatdan ayrılmalıdır"

BAKI, 18 okt — Sputnik. Rusiya Prezidenti Administrasiyasının keçmiş rəhbəri Sergey İvanov Rusiyada Dövlət Təhlükəsizliyi Nazirliyinin (DTN) yaradılması haqda məlumatları təkzib edib. Sputnik RİA Novosti-yə istinadən xəbər verir ki, İvanov belə planın olmadığını deyib.

Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşları, arxiv şəkli
© Sputnik / Konstantin Chalabov

Əvvəl KİV-də Rusiyanın güc strukturlarında irimiqyaslı islahatların başlanılmasının planlaşdırıldığını bildirilirdi. Ehtimal olunurdu ki, Rusiya Federasiyası Təhlükəsizlik Xidməti, həmçinin Federal Mühafizə Xidməti və xarici kəşfiyyat idarələrinin bazasında Dövlət Təhlükəsizliyi Nazirliyi yaradıla bilər.

"Bu, yüz faiz saxta məlumatdır! Heç bir Dövlət Təhlükəsizliyi Nazirliyi nəzərdə tutulmayıb və bu, olmayacaq. Bunu inamla deyə bilərəm. Bu məlumatlar klassik saxtakarlıqdır — kimsə nəsə uydurur, sonra isə onu uzun müddət şərh edirlər", — deyə İvanov "Komsomolskaya Pravda" qəzetinə müsahibəsində bildirib.

O, əlavə edib ki, oxşar qurumun yaradılmasına zərurət yoxdur: "Ölkədə olan güc strukturları kifayət edir. Kəşfiyyat əks-kəşfiyyatdan ayrılmalıdır. Federal Təhlükəsizlik Xidməti və Milli Qvardiya müxtəlif güc strukturlarıdır və onların fərqli vəzifələri var. Onların vahid super-nazirliyə çevrilməsinə zərurət görmürəm. Əksinə, ancaq mənfi məqamlar görürəm. Bir daha təkrar edirəm, bu, saxta məlumatdır".

Qeyd edək ki, Sergey İvanov Prezident Administrasiyasının rəhbəri vəzifəsindən bu ilin avqust ayında azad edilib. İndi o, Vladimir Putinin ətraf mühitin qorunması, ekologiya və nəqliyyat məsələləri üzrə xüsusi nümayəndəsi vəzifəsini icra edir.

Əlaqədar

Narışkin kimdir: deputat, kəşfiyyatçı və?
Xarici Kəşfiyyat Xidmətinə yeni direktor təyin edildi
Sergey Narışkin Xarici Kəşfiyyat Xidmətinin sədri olacaq
ABŞ kəşfiyyatı xarici ölkə liderlərini necə dinləyirmiş?
Türk kəşfiyyatı kökündən yenilənəcək
Türkiyə xüsusi xidməti terrorçulara necə "açıq verdi" - israilli kəşfiyyatçı danışır
Teqlər:
DTN, Sergey İvanov, Dövlət Təhlükəsizliyi Nazirliyi, islahat, Rusiya

Əsas mövzular