Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Böyük Britaniya RT-nin bank hesabını dondurub

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidRussia Today
Russia Today - Sputnik Azərbaycan
Abunə olmaq
Mariya Zaxarova: RT-nin Britaniyadakı hesabının bağlanması onu göstərir ki, London söz azadlığı ilə bağlı öhdəliklərini Avropa Birliyində qoyub.

BAKI, 11 okt-Sputnik. NatWest Bankı RT telekanalının (keçmiş Russia Today) Böyük Britaniyadakı hesablarını dondurub.

"Bu yaxınlarda biz sizin bizim bankdakı bank əməliyyatlarınızı yoxladıq və qərar qəbul etdik ki, daha sizə xidmət göstərməyəcəyik. Siz bank əməliyyatlarını həyata keçirmək üçün başqa üsul seçməlisiz. Royal Bank of Scotland qrupunun üzvü olmayan banklarla bu əməliyyatları həyata keçirə bilərsiz" — deyə bankdan RT-yə göndərilən məktubda bildirilir.
Bank həmçinin bank kartları vasitəsilə xidməti dondurduğunu da bəyan edib. Bildirişdə qeyd olunub ki, hesab dekabr ayında tamamilə bağlanacaq, vəsaitlər isə RT-yə çek şəklində qaytarılacaq.

"Biz bəyan edirik ki, bu qərarı diqqətlə təhlil etdikdən sonra qəbul etdik. Bizim qərarımız qətidir və biz bu məsələni müzakirə etməyə hazırlaşmırıq" — deyə məktubda bildirilir.

Britaniya bankının bu addımını RİA Novosti-yə şərh edən Rusiya Jurnalistlər Birliyinin katibi Timur Şafir deyib: "RT-nin Britaniya bankındakı hesabının dondurulması Britaniya rəhbərliyinin demokratiya, azad iradə və medianın müstəqil fəaliyyəti prinsiplərinə dair siyasətində ardıcıl olmadığını bir daha təsdiq edir."

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova isə öz facebook hesabında Britaniyanın bu addımını şərh edərkən yazıb:

"RT-nin Britaniyadakı hesabının bağlanması onu göstərir ki, London söz azadlığı ilə bağlı öhdəliklərini Avropa Birliyində qoyub."

Amerikanın xarici siyasət üzrə aparıcı araşdırma təşkilatları olan Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi (CSIS) və Sofiyadakı Demokratiya Araşdırmalar Mərkəzi hazırladıqları birgə hesabatda Rusiyanın RT və Sputnik vasitəsilə dünyadakı informasiya üzərində nəzarəti həyata keçirdiyini bəyan edib.

Avropa əhalisi. Arxiv şəkli - Sputnik Azərbaycan
Rusiyaya qarşı sanksiyalar barədə ABŞ və Avropanın mövqeləri ayrıdır
Bu hesabat 90 səhifədən ibarətdir və araşdırma 16 ay ərzində keçirilib. 

"Rusiya RT və Sputnik kimi dövlət tərəfindən maliyyələşən, amma müstəqil adlandırılan tele və radiokanalları, internet mənbələri olan böyüyən media imperiyasından istifadə edir. O, yerli medianın gizli strateji satın alınması yolu ilə bu media resurslarının bütün dünyada filiallarını yaradır və bu yolla dünyadakı böyük informasiya axınlarına nəzarət edir" — deyə hesabatda bildirilir.

Sözügedən hesabatda Rusiyanın "informasiya müharibəsi" siyasətinin "aparıcı ruporları" olan RT və Sputnik-in fəaliyyətinin əngəllənməsi üçün çağırışlar edilib. Bu çağırışlar sırasında sözügedən KİV-lərin xarici banklardakı maliyyə hesablarının bağlanması da tövsiyə edilir.

Qeyd edək ki, Rusiyanın Dövlət Duması Britaniyanın rəsmi hökumətindən qanuni fəaliyyət göstərən müstəqil KİV-nin bank hesablarını nə səbəbə dondurmasına aydınlıq gətirməyi tələb edib.

"Biz rəsmi Britaniya hökumətindən bu vəziyyətlə bağlı izahat tələb etmişik. RT teleşirkətinin kollektivinə öz qanuni hüquqlarını bərpa etməkdə köməklik göstərəcəyik. Biz həmçinin beynəlxalq təşkilatların, o cümlədən Aİ-nin, BMT-nin, beynəlxalq hüquq-müdafiə və jurnalist təşkilatlarının bu məsələyə münasibətlərini bildirməyi tələb edəcəyik" — deyə Dövlət Dumasının Beynəlxalq Məsələlər Komitəsinin üzvü Sergey Jeleznyak bildirib.

Xəbər lenti
0