Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Moskvada dəhşətli yanğın: 8 xilasedici həyatını itirib

© Photo : AGN "Moskva"/ Kirill ZykovMoskvada anbarda yanğın
Moskvada anbarda yanğın - Sputnik Azərbaycan
Abunə olmaq
Yanğınsöndürənlər 100-dək işçini təxliyə ediblər. Lakin yanğın nəticəsində anbarın damı çöküb və yanğınsöndürənlər dağıntılar altında qalıblar.

BAKI, 23 sen — Sputnik. Moskvanın Qolyanova rayonunda, Amur küçəsində plastik məmulatlar anbarında dəhşətli yanğın baş verib. Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları yağın baş verən ərazidən 8 yanğınsöndürənin meyitini aşkar ediblər.

Sputnik RİA Novosti-yə istinadla xəbər verir ki, FHN yanğınsöndürənlərin güclü alov, yüksək temperatur və qatı tüstü səbəbindən xilas ola bilmədiklərini açıqlayıb. Yanğınsöndürənlər anbarda olan qaz balonlarını və kompressorların partlayışının qarşısının alınması məqsədilə soyutma işləri üçün binanın damında su ehtiyatı toplamaq istəyiblər.

"Onlar hadisə yerinə hamıdan əvvəl gələrək yanğın yerində kəşfiyyat aparıblar və 100-dək işçisini təxliyə ediblər. Lakin yanğın nəticəsində anbarın damı çöküb və yanğınsöndürənlər dağıntılar altında qalaraq həyatlarını itiriblər", — deyə FHN bildirib.

Qeyd edək ki, yanğın 4 min kvadratmetrlik ərazidə baş verib. Yanğının söndürülməsinə 160 xilasedici və 46 texnika cəlb edilib. Yanğın artıq söndürülüb.

Xəbər lenti
0