Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin Antalyaya gedəsi olmadı

© REUTERS / Sergei KarpukhinRusiya prezidenti Vladimir Putin Türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla görüş zamanı. Sankt-Peterburq, 9 avqust 2016-cı il
Rusiya prezidenti Vladimir Putin Türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla görüş zamanı. Sankt-Peterburq, 9 avqust 2016-cı il - Sputnik Azərbaycan
Abunə olmaq
Dmitri Peskov: "Biz Türkiyənin Antalya şəhərində keçiriləcək futbol qarşılaşmasını məsafədən seyr edəcəyik"

BAKI, 29 avq — Sputnik. Rusiya Prezidenti Vladimir Putin futbol üzrə Türkiyə və Rusiya yığmaları arasında keçiriləcək yoldaşlıq oyununa getməyəcək. Sputnik RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Rusiya və Türkiyənin futbol üzrə yığma komandaları avqustun 31-də Türkiyənin Antalya şəhərində görüş keçiriləcək. Prezidentin oyunu əyani surətdə izləyib-izləməyəcəyinə münasibət bildirən Peskov, "Biz oyunu məsafədən seyr edəcəyik" deyib.

Daha əvvəl Türkiyə KİV-i xəbər vermişdi ki, Vladimir Putin Antalyada keçiriləcək Türkiyə və Rusiya millilərinin yoldaşlıq görüşünü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə izləyəcək.

Xəbər lenti
0