Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Jerar Depardye adına mədəniyyət mərkəzi açılıb

© breitbartJerar Depardye - fransız aktyor
Jerar Depardye - fransız aktyor - Sputnik Azərbaycan
Abunə olmaq
Saranskda daimi qeydiyyatda olan Rusiya vətəndaşı Jerar Depardye tədbir iştirakçılarını rus dilində salamlayıb.

BAKI, 28 avq-Sputnik. Rusiyanın Saransk şəhərində dünya şöhrətli fransız aktyoru Jerar Depardyenin adını daşıyan mədəniyyət mərkəzi açılıb.

Saranskda daimi qeydiyyatda olan Rusiya vətəndaşı Jerar Depardye tədbir iştirakçılarını rus dilində salamlayaraq deyib:

"Mən fəxr edirəm ki, Saranskda yaşayıram. Dostlarıma, bu işdə mənə kömək edən şəhər rəhbərliyinə minnətdaram. Onlar mənə bu gözəl mərkəzin yaranmasında kömək etdilər. Sevinirəm ki, kinoteatrın qarşısında gözəl məbəd durur. Mədəniyyət və mənəviyyat həmişə, hər yerdə yanaşı addımılayır."

Tədbirdə Dövlət mükafatı laureatı, Rusiya Federasiyası Dövlət Film Fondunun baş direktoru Nikolay Borodaçyov çıxış edərək yeni açılan kinomərkəzə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Bildirilib ki, kinomərkəzdə dörd zal var. Bunlardan ikisi uşaq və ailələr üçün nəzərdə tutulub, eyni zamanda burada 630 nəfərlik kino-konsert zalı da fəaliyyət göstərəcək.

Sonda populyar musiqiçilər konsert proqramı ilə çıxış ediblər.

Xəbər lenti
0