Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Neft yatağında güclü partlayış olub

© Photo : nefteblog.ruRosneft şirkəti
Rosneft şirkəti - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə yerinə xilasedicilər və FHN əməkdaşları gediblər. Yaralıların çıxarılması və xəstəxanaya çatdırılması üçün helikopterlər cəlb edilib.

BAKI, 27 iyul — Sputnik. Rusiyanın İrkutsk vilayətində "Rosneft" şirkətinə məxsus Verxneçonsk yatağında güclü partlayış baş verib. Sputnik Ria-ya istinadən xəbər verir ki, qəza nəticəsində bir nəfər ölüb, altı nəfər yaralanıb.

İlkin məlumata görə, qəza yataqdakı qaz kompressor stansiyasında baş verib. Hadisə yerinə xilasedicilər və FHN əməkdaşları gediblər.

Yaralıların çıxarılması və xəstəxanaya çatdırılması üçün helikopterlər cəlb edilib. Partlayışın səbəbləri araşdırılır, bu məqsədlə xüsusi komissiya yaradılıb.

Xəbər lenti
0