Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Məşhur rus jurnalist Ukraynada qətlə yetirildi

© Sputnik / Ramil Sitdikov / Mediabanka keçidJurnalist Pavel Şeremet
Jurnalist Pavel Şeremet - Sputnik Azərbaycan
Abunə olmaq
Avtomobil Kiyevin mərkəzində, Boqdan Xmelnitski və İvan Franko küçələrinin kəsişməsində partlayıb. Partlayış zamanı maşında Pavel Şeremet olub.

BAKI, 20 iyul — Sputnik. Məşhur rus jurnalist Pavel Şeremet Kiyevdə avtomobilinin partladılması nəticəsində həlak olub. Sputnik "Ukrainskaya pravda"ya istinadən xəbər verir ki, hadisə bu gün yerli vaxtla səhər saat 07.45-də, P. Şeremet aparıcısı olduğu "Radio Vesti"yə gedərkən baş verib.

MAN yük maşını - Sputnik Azərbaycan
Ukraynadan Rusiyaya qarşı sərt qərar

"Ukrainskaya pravda" internet nəşrinin rəhbəri Alyona Pritulaya məxsus avtomobil Kiyevin mərkəzində, Boqdan Xmelnitski və İvan Franko küçələrinin kəsişməsində partlayıb. Ukrayna milli polisinin rəhbəri Xatiya Dekanoidze bildirib ki, partlayış zamanı maşında Pavel Şeremet olub.

Dekanoidze bu işin araşdırılmasının onun "vicdan məsələsi" olduğunu deyib: "Pavel Şeremet mənim yaxşı tanışım idi. O, mənim müsahibə verdiyim ilk insan olub. O, yaxşı jurnalist idi və onunla bağlı bu işi araşdırmaq mənim üçün vicdan məsələsidir".

Ukrayna Daxili İşlər Nazirliyinin (DİN) məsləhətçisi Anton Geraşenko avtomobilin uzaq məsafədən partladıldığını deyib. "Partlayışın cani tərəfindən quraşdırılmış partlayıcı qurğu vasitəsilə törədildiyi şübhə doğurmur. Aydındır ki, partlayıcı qurğu uzaqdan idarə olunan və yaxud saat mexanizmi ilə işləyən qurğu olub." — deyə Geraşenko "112 Ukraina" telekanalına bildirib.

Şeremetin qətli ilə bağlı cinayət işi açılıb. Ukrayna prezidenti Pyotr Poroşenko güc strukturlarına jurnalistin qatilini tapmağı əmr edib.

44 yaşlı Pavel Şeremet son beş ildə Kiyevdə yaşayıb. 2012-ci ildən etibarən "Ukrainskaya pravda" qəzetində işləyib. 2015-ci ilin sentyabrından "Radio Vesti"də müəllif proqramının aparıcısı olub.

Ukraynaya gəlişinə qədər Şeremet Rusiyanın "Birinci kanal"ında "Vremya" həftəlik analitik proqramın aparıcısı olub. 2008-ci ildə televiziyadan gedib və "Oqonyok" jurnalinın siyasət və ictimaiyyət şöbəsinin redaktoru olub.

Son dövrlərdə Ukraynada jurnalistlərə qarşı bir neçə əks-səda doğuran qətllər törədilib. Onlardan ən səs-küylüsü ötən ilin aprelində baş vermiş Oles Buzinin qətli olub. O, Kiyevdə evinin qarşısında güllələnib.

Xəbər lenti
0