Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ankara merindən sensasiyalı açıqlama

© Photo : globalekonomi.com.trMelih Gökçək, Ankara şəhərin meri
Melih Gökçək, Ankara şəhərin meri - Sputnik Azərbaycan
Abunə olmaq
Melih Gökçek: "Bu insident rus təyyarəsini vuran pilotun iştirakı ilə baş verib. Bizim Rusiya ilə münasibətlərimizi məhz bu alçaqlar korlamışdılar"Rusiya münasibətlərimizi bu alçaqlar korladılar"

BAKI, 16 iyul — Sputnik. "Türkiyədəki hərbi çevrilişdə iştirak edənlərin arasında Rusiyaya məxsus "Su-24" təyyarəsini vuran pilot da olub". "Qafqazinfo"nun məlumatına görə, Ankara meri Melih Gökçek CNN Türk-ün canlı efirində belə açıqlama verib.

Sergey Lavrov - Sputnik Azərbaycan
RUSİYA
Moskva Türkiyədə yaşanan olaylarla bağlı mövqeyini açıqladı

Gökçekin sözlərinə görə, həmin bombardmançı pilot hökumət tərəfindən terroru təbliğ etməkdə ittiham edilən Fətullah Gülənin təşkilatının üzvüdür: "100 faiz əminəm ki, bu insident həmin strukturda işləyən pilotun iştirakı ilə baş verib. Bu günə qədər biz bunu dilə gətirmirdik".

"Amma mən-Melih Gökçek bəyan edirəm ki, bizim Rusiya ilə münasibətlərimizi məhz bu alçaqlar korlamışdılar", — mer bildirib.

O, əlavə edib ki, "paralel hökumət" Türkiyəni beynəlxalq arenada zəiflətmək planını həyata keçirməyə çalışır.

Xəbər lenti
0