Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Vladimir Putin: Türkiyə ilə əlaqələri bərpa etmək istəyirik

© AFP 2023 / POOL / IVAN SEKRETAREV Rusiya prezidenti Vladimir Putin Kremldə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı qarşılayarkən. Arxiv şəkli
Rusiya prezidenti Vladimir Putin Kremldə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı qarşılayarkən. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Yunanıstanda səfərdə olan Putin Su-24 təyyarəsi ilə bağlı insidentə baxmayaraq, Rusiyanın Türkiyə ilə münasibətləri bərpa etmək istədiyini bildirib.

BAKI, 28 may-Sputnik. Rusiya prezidenti Vladimir Putin Türkiyə ilə münasibətləri bərpa etmək istədiyini bəyan edib.

Sputnik APA-ya istinadla xəbər verir ki, Yunanıstanda səfərdə olan Putin Su-24 təyyarəsi ilə bağlı insidentə baxmayaraq, Rusiyanın Türkiyə ilə münasibətləri bərpa etmək istədiyini bildirib.

"Rusiya müxtəlif kanallarla Türkiyə ilə əlaqədədir və qarşı tərəfdən konkret addımlar gözləyir. Biz düşünmürdük ki, Türkiyə qırıcısı bizim bombardmançı təyyarəmizi vura bilər. Biz Türkiyə ilə, Türkiyə Silahlı Qüvvələri ilə müharibəyə hazırlaşmırdıq. Əks halda biz başqa cür və başqa vasitələrlə hərəkət edərdik. Ümid edirəm ki, bu yerə gəlib çatmayacaq. Biz Türkiyə hakimiyyətindən izah eşitdik, üzrxahlıq eşitmədik. Dəyən zərərin qarşılanmasına hazır olmalarını da eşitmədik.

Münasibətlərin bərpa olunması istəklərini eşidirik. Biz də münasibətləri bərpa etmək istəyirik. Onları biz pozmamışıq. Əlimizdən gələni etmişdik ki, Rusiya-Türkiyə münasibətləri on illər ərzində dostluq və tərəfdaşlıq səviyyəsinə qalxsın. Niyə bu edildi, hələ də ağlıma heç bir fikir gəlmir. Lakin olan oldu. Bundan savayı təkcə təyyarə vurulmadı, katapult edən pilot da güllələndi. Bu isə beynəlxalq hüquqa görə hərbi cinayətdir".

Putin bildirib ki, Ankaradan bəyanatlardan savayı konkret addımlar gözləyir: "Biz Türkiyə tərəfi ilə müxtəlif kanallarla əlaqədəyik. Onlar bizim cavabımızı bilirlər. Biz onlar tərəfindən konkret addımlar gözləyirik. Lakin hələlik bu yoxdur".

Xəbər lenti
0